“Rəbbinin fil sahiblərini necə bir hala saldığını görmədin mi? Onların hiyləsini boşa çıxarmadımı? Onların üstünə Əbabil quşları göndərdi. Onlara bişmiş gildən daşlar atırdı. Beləcə, onları, yeyilmiş əkin yarpağı kimi etdi.” (Fil, 1-5)
Əbabil quşlarının din düşmənləri üzərinə saldırdığı bu hadisə 570-ci ildə baş vermişdir. O zaman Yəmən xaçpərəst həbəşirlərin əlində idi. Yəmənə vali təyin olunmuş Əbrəhə loğvalanaraq Kəbəyə hücum edib, dağıtmaq istəyir, Məkkəni ələ keçirmək istəyirdi. Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəldi. Onların hər biri dimdiyində və iki caynağında daş tutmuşdu. Quşlar bu daşları əsgərlərin başına atırdılar. Daşlar hər kimə dəyirdisə, bədənində yara əmələ gətirir və yerindəcə öldürürdü.
Əbabil sözünü bəziləri bəla adlandırmış, bəziləri dağılmış dəstələr, bəziləri böyük cəmiyyət, bəziləri müxtəlif rənglər, dəvətlər kimi mənalandırmışdılar. (Tebyan)
Əbabil quşları- Qüdrət sahibinin ağılalmaz Qüdrəti. Kəbəni dağıtmağa fil sürüsü ilə gələn Əbrəhə və ordusu nələrə şahid oldu?
Onların başına gələn hadisə bizə nələr öyrədir? Biz həqiqətən də Kəbənin Allah tərəfindən qorunduğuna əminikmi?!
Quşlar bizə dərs verir.
Onun Yaratdığı kainat bizə nümunədir.
Quranda adı zikr olunan Əbabillər ona güc verənin Allah olduğunu bilirdi.
Fillərdən kiçicik olan quşlar! Filləri məğlub etdi, fillər belə Allahlarının əmrinə tabe oldu!
Başda gedən “Mahmud adlı fil ayağa durmadı. Məkkə tərəfə yol aldığını görəndə yerə oturdu. Nə qədər etsələr də o qalxmadı. Bütün aləm Allahın tabeliyi altındadır. O, istəmədən heç nə olmaz.
Allahın əmri ilə hücuma gələn Əbabil quşları bir ordunu dəf etdi.
Önəmli olan güc deyil deyə öyrətdi, önəmli olan Allaha tam imandır. Məkkəni Qoruyan Rəhman ona əmin olanları bax beləcə qoruya bilməzmi?!
Əbabillər bizə öyrətdi ki, Allah Hər Şeyə Qadirdir!
Əbabillər öyrətdi ki, biz bir olaraq bir ordu dəf etdik, bəs siz ne edirsiz? Biz birləşdik siz niyə param parçasınız, bölük-bölüksünüz? Yaradanın Yaratdıqları bizi bir olmağa çağırır. Mən, sən yoxdur, Biz Varıq! Biz biz olaq ki, Allahın Salamını, haqqı, ədaləti yaya bilək. Allah birlik vasitəsilə yer üzünə endirdi ayəsini.
“Fil dayandı və quşlar hərəkətə keçdi.” Allahın dinini yayanların xeyrinə biz də şərik olaq.
Hər zərrənin öz mesajını düşünək. Göydə qanad çalan Əbabillər Rəbbinə əmin oldu, təslim oldu, və qələbə çaldı.
Haqsızlıģın üzərinə şığıyan Əbabil quşları olaq və əminliyimizə, güvənimizə, sevgimizə bir daha nəzər salaq..
Kəbənin qorunması üçün təyin edilən əsgərlər onlar. Bəs bizlər? Biz də haqqı qorumağa, onu layiqincə təbliğ etməyə önəm verək. Yardıma qaçanlardan olaq.
Bizim yerimiz Göy üzüdür.. Əbabil kimi göydə qanad çalaq, nəfsimiz bizi yerə sürükləməsin.
Təkəbbürlülük edən Əbrəhə məģlub!
Qalib olan Allahdır!
Sonunuz alovlu bir ahdır!
Hanı qaçış yurdunuz
Təqib edən Allahdır!
Allah hər şeyə qadirdir.
Yaradanın yaratdığları bizi bir olmağı çağır.
Allahın dinini yayanların xeyrinə siz də şərik olmusunuz. Bu böyük lütfdür. Allah sizi qorusun!
Ramazanda ilahi rəhmətə qovuşasız.Əziz Gənclər, gözəl arasdirma vərdisləriniz həyatınıza həyat versin
Allah her seye qadirdir.