“Qurandan məktub var – 2”

“Qurandan məktub var – 2”

“Orada olsaydın doğduğu zaman günəşin  gənclərin yatdığı mağaranın sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə keçdiyini, gənclərin mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yardımçı tapa bilməzsən.” (Kəhf, 17)

El-Kəhf mağarası Quranın eyni adlı surəsində adı çəkilən, Allaha iman gətirmələri səbəbindən öldürülməklə təhdid edilən Allahın onları qoruması üçün 309 il yuxuya verdiyi möcüzəvi bir hadisənin baş verdiyi yerdir. Mağara haqqında məlumatları oxuduqda Allahın necə böyük qüdrət sahibi olduğuna bir daha şahid olmuş oluruq.

Kəhf mağarasının sirləri nələrdir?

İlk növbədə mağara şəhərə çox yaxın yerləşirdi və mağaranın önündən baxanda şəhəri asanlıqla görmək mümkün idi. Mağaranın yerləşdiyi yer vadinin silsilələrində dik bir yerdədir. Həmçinin mağara uzaq bir yerdədir ki, burada gizlənmək asan, tapılmaq çox çətindir.
Mağaranın içi kifayət qədər genişdir. Günəş səhər və axşam mağaranın üzərinə düşür. Günəş şüaları mağaraya elə düşür ki, içəridə yatanlara qətiyyən toxunmur, sadəcə içəridəki havanı təmizləyir.
Digər mağaralardan fərqli olaraq Əl-Kəhf mağarasında kif və nəm kimi ağır bir qoxu və ağır hava hiss edilmir. Digər mağaralarda nəinki 309 il hətta 3 gün belə yaşamaq olmadığı halda, bu mağaranın quru və təmiz havası var.
Afşindəki bu mağarada tavandan damlayan suyun yığılması nəticəsində əmələ gələn böyük bir quyu belə var, yumşaq və buzlu suyu olan.
Ən əsası Kəhf surəsinin 17-ci və 18-ci ayələrində təsvir olunan günəş şüalarının düşmə səmti günəş nəzəriyyəsi ilə mükəmməl şəkildə uyumludur. Belə ki, səhər və axşam günəş şüalarının mağaraya düşməsi üçün mağaranın istiqaməti şimal qərbə baxmalıdır ki, dünyanın heç bir yerindəki mağaralarda bu hal rast gəlinmir.

Bəs günəş şüalarının gənclərin mağarada qoruna bilməsi üçün nə kimi rolu vardır ?

Ayədə deyilir ki , günəş şüası onların üzərinə birbaşa düşə bilmirdi. Çünki birbaşa düşərsə gənclərin bədənlərində yaraların yaranmasına səbəb ola bilərdi. Günəşin ən əsas vəzifələrindən biri mağaranı yaşanacaq mühit kimi qoruması idi. Çünki günəş şüaları bakteriyaları məhv edə bilir. Zirzəmilərdə bakteriyaların, gəmiricilərin çox olmasının səbəbi orda günəş şüasının olmamasıdır.
Eyni zamanda ayədə mağaranın geniş olduğu deyilir, ancaq günəş şüaları gün ərzində mağaranın içərisinə tamamilə düşə bilir. Bu da mağaranın girişinin günəş şüalarının düşməsi üçün xüsusi hesablandığını görürük yəni təsadüfi oyulmuş bir giriş deyildir.Günəş axşamlar stratosferdən müəyyən bir bucaqla keçdiyi üçün ondakı radiasiyanin miqdarı əhəmiyyətli dərəcədə azalır. Günəşin də mağaraya məhz axşam düşməsi onu göstərir ki, mağara gənclərin orada 309 il yaşamaları üçün xüsusi olaraq dizayn edilib və Allahın elminə tabedir.
Bununla bir daha dərk edirik ki, Rəhmli Allah heç bir şeyi səbəbsiz yaratmamışdır. Allahın yaratdığı hər kiçik zərrədə bir hikmət var və Allah ona iman gətirənləri ,qəlbində Allah sevgisi olanları hər zaman bir inci kimi qoruyar. Hətta günəşin ozü belə.

17 thoughts on ““Qurandan məktub var – 2”

    1. “Ey Rəbbimiz! Bizə Öz dərgahından rəhmət bəxş et və bizə işimizdən çıxış tolu hazırla!” (Kəhf 10)
      Kəhf gənclərinin duası bu layihənizi bərəkətli etsin!

        1. bu məktublar dərc olunandan bəri necə sizə dəstək olmağımı düşünürəm. Sizin boş vaxtlarınızı bu cür işlərlə doldurduğunuza şahid oldum. İslam gəncliyinə şahid olaq.Eşq olsun sizə.

    1. Bu Quran qissəsi Allahın hər birimizi eşidir və dualarımıza cavab verdiyini xatırladır, Onun mükəmməl qoruyucu olduğunu bizə bildirir. Allah bu gəncləri yalnız insanlardan yox həm də gözə görünməz mikroblardan belə qoruyur. Marağlı məlumat üçün dərin təşəkkürlərimi bildirirəm.
      Bu saytın hər səyfəsində çox böyük sevgi və şövq hiss edilir.

  1. Allah ona iman gətirənləri, qəlbində Allah sevgisi olanları hər zaman bir inci kimi qoruyar.
    Allah qəlblərinizi hər zaman iman nuru ilə nurlandırsın əziz tələbələr. Yazılarınız davamlı və bərəkətli olsun.. Təşəkkürlər..

Leave a Reply to firuze Cancel reply