“Qurandan məktub var – 12”

“Qurandan məktub var – 12”

20. Süleyman quşları yoxlayıb dedi: “(Torpaq altında suyun harada olduğunu bilən) 
HüdHüdü (şanapipiyi) niyə görmürəm? Yoxsa o burada yoxdur? 

21. And olsun ki, ona şiddətli bir əzab verər, ya da boğazını üzərəm. Ya da o (üzrlü səbəbə görə burada olmaması üçün) aşkar bir dəlil gətirsin!” 

22. Bir azdan Hüdhüd gəlib dedi: “Sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm… 

Hüdhüd o quşdur ki, Quranda adı çəkilir. O, Süleyman peyğəmbərlə (ə) söhbət etmişdir. Bu quş Asiyada, Avropada, Şimali Afrikada, Cənubi Afrikada, Madaqaskarda yaşayır… Bütün quşlar özlərindən müəyyən səslər çıxararlar. Əgər bu səslərə diqqət edilsə, başa düşmək olur ki, o, qəzəblənmişdir, yoxsa razılıq hissi bildirir. Ancaq Qurani-Kərim buyurur ki, bəzi quşlar insanla söhbət etməyi bacarır və insan da onun çıxardığı səslərdən məqsədini başa düşür. Bu mövzu bizim üçün qəribə görünsə də, bu gün elmi tədqiqatlar sübut etmişdir ki, bu, mümkün olan bir şeydir. Yəni, insanla quş rabitə qura bilər.

Və Hüdhüd itməyinin səbəbini belə izah edir: “Həqiqətən, mən onlara (Səba əhlinə-Yəmən xalqı) hökmranlıq edən bir qadın gördüm. Ona (padşahlıq, məmləkətin idarə olunması və xalqın xoş güzəranı üçün lazım olan) hər şey verilmişdir. Onun böyük, əzəmətli bir taxtı vardır”. (“Nəml” 20-23).
Başqa bir ayədə oxuyuruq: “Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: “Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir””. (“Nəml” 16).

Hüdhüdün Hz.Süleymana xəbəri:
Bu vaxt, Süleyman-aleyhisselâm Hüdhüdü dəstəmaz suyu axtarmağa çağırdı. Çünki Hüdhüdün vəzifəsi dəstəmaz almaq üçün su olan yerləri xəbər vermək idi. Süleyman-aleyhisselâm- axtardığına baxmayaraq Hüdhüdü tapa bilmədi. Ayələrdə bu vəziyyət belə bildirilir: “(Süleyman) quşları araşdırdı və dedi:” Mənə Nə olur ki, Süleyman peyğəmbər, icazə almadan Hüdhüdün onu tərk etdiyini biləndə bu dəfə ordusundakı intizamın tələbi olaraq dedi: “Ya mənə açıq-aşkar dəlil gətirər (bəhanəsini göstərər), ya da şiddətli bir əzaba düçar olacaq, ya da onu boğacağam!” (ən-Neml, 21)
Yuvasını əsasən ağacların koğuşunda, bəzi hallarda isə qayalıqlardakı oyuqlarda və digər gizli yerlərdə qurur. O, ən tez əhilləşən quşlardan biridir və təlimlərə asanlıqla alışır. Sahibinə möhkəm bağlanan bu quş hətta itdən belə sadiqdir. Çağıran kimi gəlir, yemi əldən alır və sahibinin arxasınca hara desən gedir. İslamda bu quş Süleyman peyğəmbər ilə assosiasiya edilir. Bu ala-bəzək quşun surətini Qambiyanın 50 dalasilik əskinazında, həmçinin bir çox ölkənin poçt markalarında görmək olar.

Çox uzaqlardakı suyu görə bilmə və kəşfetmə qabiliyyəti var. Buna görə də hz.Süleymanın ordusuna bələdçilik edib. Həmçinin torpaq altında olan suları da kəşf edə bilir.

Hz. Süleyman Hüdhüdü sərhəddə olan düşmən əsgərlərini tapmaq üçün təyin edib. Bu səbəbdən, ərəb dilində “absar min hüdhüd” ifadəsi hər kəsin görə bilmədiyini görə bilənlər üçün istifadə olunur. Beləki hudhudda ağıl sahibi və düşünənlər üçün nümunə götürməli olduğumuz nişanələr var.

HüdHüd quşunu bilirmisən?
Onlarla quş varkən niyə məhz o?
Çünki, o görünməyəni görən, bilinməyəni biləndir.
Hüd-Hüd olmaq bir cümlə ilə xilas etməkdir.
Bir-birinə kinli olan qəlbləri gözəlləşdirən, bir-birinə nifrət yağdıran baxışları sevgiyə, savaşı sülhə döndərəndir Hüd-Hüd. Balaca canı ilə iki fatehin taleyini dəyişməkdir. Hüd-Hüd olmaq bir cümlə ilə titrətməkdir.
Bu gün Hər birimiz Hüd-Hüd ola bilərik. Bilməyənləri öz bildiklərimiz ilə aydınlatmaq, yolunu itirənlərə yeni cığır olmaq, qaranlıqlar arasında sönməkdə olan işığı yenidən nurlandırmaq…. və daha nələr. Axı Hüd-Hüd hər yerdə ola bilməz , onların olmadığı yerdə biz ola bilərik. Bizə yeni və gözəl xəbərləri gətirən, çatdıran yalnız bir quş olmaya bilər. Biz özümüz bir birimizin Hüd-Hüdü ola bilərik.
HüdHüd kimi sadiq olmaq. Bütün insani münasibətlərin əsasında sadiq olmaq durur. İnsan sözünə, əməlinə, hərəkətinə sadiq olmalı, insan Yaradanına, sahib olduqlarına , ona verilənlərə sadiq olmalı.

HüdHüd kimi kəşf etmək.
Dünyanı kəşf edin, insanları kəşf edin, təbiəti, onun gözəlliklərini kəşf edin. Kəşf etdikdə biz Allahu Təalanın yaratdığı bənzərsiz nemətlərlə tanış oluruq.

Hüdhüd kimi suyu görə bilmərik bəlkə, lakin susuz qəlblərə, suya möhtac könüllərə bir damla olub onları sərinlədə bilərik. Axı biz Xaliqin ən gözəl xilqətini özündə daşıyan insanoğluyuq. Elə isə Insanoğlu ətrafına gözəllik bəxş etməyi, yeniliklər gətirib xəbərdar etməyi onlardan əsirgəməməli…

16 thoughts on ““Qurandan məktub var – 12”

  1. Rəbbim ətrafımıza gözəllik yaymağı, Allahın dinini ətrafımıza doğru şəkildə çatdırmağı öyrətsin. Rəbbim elmimize bərəkət versin. Bizə faydalı elm öyrətsin.

  2. daha bir faydali meqale… her defe ferqli movuzlara toxunursuz..o qeder maragli olur ki muxtelif movzularda bele oxunagli yazilariniz…her gun heyecanla gozleyirem ki goresen gencler bu gun neyi arasdirib…

    1. Her defe bu qisseni oxuyanda dusunurdum ki niye Suleymen Peygamber Hud hudun yoxlugunun ferqine vardi.ozelliyi neidi.Demek Hudhudun Çox uzaqlardakı suyu görə bilmə və kəşfetmə qabiliyyəti var.Hüdhüdün vəzifəsi dəstəmaz almaq üçün su olan yerləri xəbər vermək idi. Buna görə də hz.Süleymanın ordusuna bələdçilik edib.Ve her kesin gore bilmediyini goren Hudhudu Hz. Süleyman sərhəddə olan düşmən əsgərlərini tapmaq üçün təyin edib.
      ALLAH elminize bereket versin❤

  3. Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: “Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən (mənəvi kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir””. (“Nəml” 16).

Leave a Reply to Elif Cancel reply