“And olsun göyə və Tariqə! Sən nə bilirsən ki, Tariq nədir? Zülməti yaran parlaq ulduzdur!” (Tariq surəsi, 1-3)
Quranın 86-cı surəsi olan “Tariq” “tarq” sözündən törəmiş, “səs eşidiləcək tərzdə vurmaq, döyünmək”, “şiddətlə döyünən”, “əttariqi” həmçinin gecəni, zülməti yaran, gecə doğan, deşib keçən, vuran, döyən, çalan, iti ulduz mənalarına gəlir.
Tariq ulduzundan gələn səs, sanki, bir insanın qapını vurarkən çıxardığı səsə bənzəyir.
Pulsar ulduzu (Tarıq)- ulduzların superdiv vəziyyətinə gəldikdən sonra partalması nəticəsində yaranan nebulanın içində olan və qəlb atışları kimi müntəzəm fasilələrlə(ritmlərlə) kainata radio dalğalar göndərən neytron ulduzudur. Başqa sözlə desək, superdiv ulduzlar qaranlıqda böyük partlayış nəticəsində böyük işıq yaradıb, sanki, qaranlığı yarır və ən möhtəşəm görüntülərdən birini yaradır. Bir pulsar hər dəfə öz ətrafında fırlandıqda bir vuruş edər. Başqa sözlə, siqnal göndərər. Ən surətli pulsar saniyədə 716 dəfə siqnal ötürər, yəni dünyaya 716 dəfə siqnal göndərməklə radio dalğalar ötürür, sanki qapımızı “döyür”. Pulsarın atımları arasındakı zaman aralıqları son dərəcə düzənli olur. Ən sürətli dönən pulsarlar ən gənc olanlardır.
Necə olur milyonlarca ağırlığı olan ulduzlar bir saniyədə bir neçə dəfə öz ətrafında dönür? Dönmə təsiri edən ulduzun mərkəzində çölə doğru keçən qüvvəti ulduzu dağıtmaqdan qoruyan kimdir?
Kainatda olan müxtəlif cismlərdən ultrasəslər gəlməkdədir. Bu səslərin mövcudluğunu müasir dövrdə istifadə olunan yüksək frekans algılayan cihazlarla müəyyən etmək mümkündür.
Jozelin Bell Barnell 1967-ci ildə İngiltərənin Kembric Universitetində apardığı tədqiqatlar nəticəsində nizamlı bir radio dalğasını tutmuşdu. Ancaq həmin dövrə qədər ürək döyüntüsü kimi nizamlı döyüntülərin mənbəyi ola biləcək bir göy cismi məlum deyildi. Amma 1967-ci ildə astronavtlar öz məhvəri ətrafında fırlanan nüvədəki maddə sıxlaşdıqca ulduzun maqnit sahəsinin də sıxlaşdığını və beləliklə, ulduzun qütblərində Yer kürəsinin maqnit sahəsindən bir trilyon dəfə çox qüvvə yarandığını müəyyənləşdirdilər. Bu qədər sürətlə fırlanan və bu qədər güclü bir maqnit sahəsinə malik olan bir nəsnənin – ulduzun hər fırlanmasında çox güclü radiodalğaların yaratdığı bir şüa yaydığını fərq etdilər. Bir müddətdən sonra, haqqında bəhs edilən siqnalların mənbəyinin neytral ulduzlarının çox böyük sürətdə fırlanması olduğu aydın oldu. Kəşf edilən bu neytral ulduzları «pulsar» adlandırıldı. Süpernova partlayışları ilə ölərək «pulsar» adlanan kainatın ən ağır kütləli, ən parlaq və ən hərəkətli cisimləridir. Bəzi yaşlı pulsarlar öz ətraflarında saniyədə 600 dəfə dövr edir.
Sürətlə fırlanan bu neytral ulduzun yaratdığı güclü maqnit sahəsinin Yer kürəsindən müəyyən edilə bilən güclü radiodalğaların yayılmasına səbəb olduğu təsdiqlənmişdir.
Günəşin bir neçə misli olan ulduzların sıxışması nəticəsində meydana gələn pulsarlar Quranda «Tariq» kimi bildirilən ulduzun eynisidir və Allahın elmini özündə ehtiva etmişdir.
Mənəvi boyutu:
And olsun!
Sabah ulduzu
Gecə vaxtı gələn
Toğmaq kimi vurana…
Ulduz qaranlıq gecəni aydınladan deyilmi?
Gecələr ulduzu seyr edəndə səni düşündürən bir elm deyilmi?
Bəs bizim içimizdəki qaranlığı aydınlatan hansı ulduzdur nur qatır işıqlandırır? Allahın kəlmələri, kitabı! Qaranlıq aləmimizə nur saçan Ulduzdur. Küfrümüzü dəlib keçən! Səni nura qərq edəcək, sənə doğru yolu göstərəcək. Tariq kimi. Ulduzun “Quran” səni də ulduz edəcək.. .Qaranlıq dünyası olan insanların həyatına nur saçdıracaq. Çünki sənin qüvvən Ulduzları qüdrəti ilə Yaradan Rəbbindir. Gecə yolçusu olan ulduz.
Gecə duasının carçısıdır.
Sənin ulduzun bir elmdir. Cəhaləti dəlib keçən.. Onu dərk etdikcə heyrətə salar insanı, onda müxtəlif sirlər mövcud amma ulduz onu sevənləri və düşünənləri sevər və sirlərini onunla bölüşər. Yerə enən Adəm Göy üzündən enmiş idi. Sən də ulduz ol, Göy üzünə qalx! Nura qərq ol…Nura qərq et…
Tariq ulduzu. Gecənin qaranlığını dəlib keçərək aydınlıq yayır ətrafına. Hər kəs bir Tariq ola bilsə, əlindən gəldiyincə qaranlığa qərq olmuş ruhları, ürəkləri aydınlantsa.
Hamımız axtarıb araşdırıb Kitabın incəliklərini öyrənsək, vəhylə aydınlansaq və aydınlatsaq ətrafımızı… Bildiyini özünə saxlayanlardan olmayaq. Necə ki,Tariq ulduzu işığını özünə saxlamır,hər yeri işıqlandırır.
Kimdənsə üz çevirmək yerinə Allahın sözünü şahid tutaraq insanların Tariqi olaq. Ətrafımızı aydınlığa qərq edək…
Biz öz ətrafımızı ətrafımız da öz ətrafını aydınlatsa, pulsara çevrilər ətrafımız, dövr edər rənglənər, kainat aydınlanar…
Tariq nədir?
Gecəni yaran,
Qaranlığı yaran ulduz..
Hər birimizin qapısını dəlib kecən bir gecə yolçusu var, qəlbimizin qapısına iman gətirib, Nur gətirib, Allahın kəlmələrini…
Tariqi Rəsullara bənzətmək olar.
Quran da tariq olub Qədr gecəsində qəlbimizə endi, Qaranlığı dəlib gəldi…
Rəsul da bir tariqdir.Qəflət qaranlığını yarıb aydınlıq gətirər. Ümmətə işığından pay verər.
Həyat bir savaşdır,amma məqsəd qəlblərin fəthidir.Əziz könüllülərimiz,gənclər arasında Tariq ulduzu kimi qaranlığa qərq olmuş qəlbləri,ruhları aydinlatmaq nəsibiniz olsun
Hər biriniz qaranlığı yaran tarıq olasınız.Allah sizi qorusun
tekrar tekrar oxunub,dusunulesi bir movzunu arasdirmisiz.tesekkurler…bir az qeliz geldi yeniden oxuyub tefekkur edecem insallah…qeleminize,elminize quvvet
Quran da qaranlığı dəlib keçən bir ulduzdur.
Allah sizi sevsin, qorusun. Gənclər! Təfəkkür edənlərə Allahın salamı olsun!
Qapimizi dələn gecə yolçusu…Tariq haqda cox maraqli benzetmeler etmis gencler.
Butun qaranlıq qəlbləri işığlandırmağı Allah Cığırın butun uzvlərinə nəsib etsin
Qelbleri aydınlanib ulduz olmaq ümidiylə..
Allah üzərimizə nur endirsin.
Rəbbim bizi öz nürüyla əhatə etsin Araşdırmalarınız möhtəşəmdi
Bizim de qaranliga çökmus qelbimizi aydinladacaq Tariqimiz – Quranimizdir.Allah genclerimizi qorusun.Allah Elminize bereket versin
Butun qaranlığ qəlbləri aydınlatmağı Allah Cığırın butun uzvlərinə nəsib etsin Sizlərlə birlikdə gənclər