“Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye. Və Rəbbinin sənin üçün asanlaşdırdığı yollarla get.” O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.” (Nəhl, 68-69)
Həqiqi ixtiyar sahibi olan uca Allahın Qurani-Kərimdə verdiyi hökümlərin hər birində bizim üçün çox böyük mesajlar var. Qurani-Kərimin 16-cı surəsi Allah-Təala tərəfindən “Ən-Nəhl(Bal arısı) adlandırılmışdır.
Bal arıları üçün “ailə” məfhumu mühüm rol oynayır. Hər bir işçi arı yaşından asılı olaraq müxtəlif işləri icra edir. Çox maraqlıdır ki, Qurani-Kərimin 16-cı surəsinin 68 və 69-cu ayələrindəki “tikmək”, “yemək”, “getmək”, “qət etmək” və “çıxarmaq” feilləri ərəb dilinin qrammatikasına görə qadın cinsinə mənsub şəkildə verilmişdir. Son əsrlərdə elm və texnikanın imkanları ilə sübut olundu ki, bal gətirən arılar işçi arılardır və onlar dişi (qadın) cinslidir.
Yenicə qovuqcuqdan çıxmış arılar üç günlüyədək çıxdıqları qovuqcuqları təmizləyir,onun divarını cilalayır. Təmizlənməmiş qovuqcuğa ana yumurta qoymur. Təmizləyici arılar şan qovuqcuqlarındakı sürfələrin inkişafını təmin etmək üçün yuvanı qızdırır. 3 günlükdən 13 günlüyədək olan arılarda mum vəziləri fəaliyyətə başlayır. Belə arıların işi şan hörməkdən ibarətdir.
12–22 günlük arılar sürfələri qidalandırır və yuvaya gətirilmiş nektarı bala çevirir. Bundan sonra isə arılar nektar və çiçək tozu toplayır. Bir arı uzaq məsafədə nektarlı bitki tapsa, qayıdıb o biri arılara da xəbər göndərir. Sonra bütün arılar həmin yerə uçurlar. Arılar həm harada yaxşı yem olarsa, onu hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. Arılar çox sədaqətli olurlar.
*Kompüter proqramçıları bal arılarını nümunə götürür.
İnternet mühitində ticarətin getdikcə artması özü ilə bəzi əhəmiyyətli problemləri də gətirir. Trafikin sıx olduğu anlarda internet serverlərinin işini yüngülləşdirən texnologiyalarda “bal arısı koloniyalarının” davranışları təqlid edilir. Arıların gördüyü işdə də bənzər bir problem nəzərə çarpır. Çiçək sahələri keyfiyyət cəhətdən müxtəlifdirlər. Buna görə də maksimum miqdarda nektar toplamağa istiqamətli hərəkət edən bir koloniyada hər bir çiçək sahəsinə neçə arının göndəriləcəyi, bu arıların orada nə qədər zaman sərf edəcəkləri kimi qərarların problem yaradacağı düşünülə bilər. Ancaq arıların olduqca səmərəli iş sistemi sayəsində belə bir problem yaranmadan işlər asanlıqla həll edilir İngiltərədə Oksford Universitetindən Sanil Neykrani ilə ABŞ-ın Atlanta şəhərinin Corciya Texnologiya İnstitutundan Kreyq Tovi arıların strategiyasını internet serverlərinin problemlərilə uyğunlaşdırdılar. Bu uyğunlaşdırmada hər bir server nektar toplayıcı arı, müştəri tələbi də çiçək sahəsi rolunu üzərinə götürmüş oldu. Beləliklə, dr.Neykrani və dr.Tovi internet serveri “pətəkləri” üçün “bal arısı” alqoritmi yaratdılar.
Muazzam Yaradılış.. Muazzam Arı sistemi. Allahın yaratdığı hər şey bizə “İnsanlıq” nümunəsi öyrədir. Hər zaman deyirik ki, Mən müsəlmanlardanam. Bizə müsəlman necə olmalıdır sualını düşündürən Rəbbim, düşünənlərin kitabı olan Qurandan bizə müsəlmanın yaşamını öyrədir.
Arı necə yaşayır?
Arı aktiv, xeyir verən, cəmliyi sevən, tək əldən səs çıxmaz ifadəsinin ən gözəl nümunəsi. Arılar necə də düşündürür bizi. Onlar işsiz dayanmır.
Pətəkdə işsiz arı tapmaq olmaz. Və arının bir xüsusiyyəti var yaxşı şirəni hiss edir və onu tapanda yoldaşlarına xəbər verir. Allahın yaratdığı zərrə belə nəsə deyir bizə. Əmri bil məruf- yaxşılığa dəvət et. Yaxşılığa dəvət lazımdır, özünlə bərabər digərlərini də gözəlliyə aparmalısan.
Çiçəklərin ən gözəlindən, təmizindən çəkib insanlıģa sunmaq. Bu, ən böyük ibadətdir.
Gözəlliyə can atmaq, gözəl düşünmək, gözəl yaşamaq, gözəllik yaymaq, arıya bənzədər bizi və bal yaratmış olub paylaya bilərik biz də..
Arı tək heç nə edə bilmir, iki arı belə iş görməkdə aciz. Cəm olduqda isə bu cür möhtəşəm işə imza atırlar.
Gəlin, biz də bir olaq. Cəm olaq. Cəm olmaq bizi nemətləndirəcək. Biz də bal verəcəyik. Biz də arı olacayıq. Kim istəməz arı olsun? Bərabər olmaq, dünya adlı pətəkdə arı olub bal hasil etmeliyik dünyamıza. Birləşdikcə böyüyək, böyüdükcə xeyir verək.
Bir səda qalxa Göy üzündən ki, Arı kimi olun!
Arının balında nə qədər xeyir vardır. Müalicə üsullarının ən gözəl nümunəsi.
Arı daim başqaları üçün çalışmaqdadır.
Birinci başqaları sonra sən. Başqaları üçün çalışmalısan. Xeyir verməkdən bezməməli, daim xeyirlərə cığır açmalısan. Xoşbəxt etmək xoşbəxt olmaqdır. Özümüz üçün nəsə alanda xoşbəxt oluruq elə deyilmi? Bəs başqası üçün nəsə alanda? Özümüzə aldığımızdan daha çox sevinirik. Arı kimi.
Bal-insanın ağzından çıxan gözəl sözə bənzəyir. Bal ruhda məskən salan gözəlliyə bənzəyir. Bal xeyir verən arıdan xaric olur. Deməli, balı-söz düşünsək, sözün dünya üzərində əhəmiyyətini düşünsək başa düşərik ki, hər bir söz dünya üzərində dövrə vurur və öz enerjisini ətrafa yayır. Gözəl danışmaq, gözəl düşünmək=bal. Bal ilə sözün vəhdətinə şahid oluruq. Arının balı dərmandırsa, gözəl sözdə gözəl ruh yaradar və dərdinə dərman olar.
Bal..Bir ovuc bal üçün minlərlə arı yüz minlərlə çiçəyi ziyarət edər. Arı deyib keçməmək gərək. Adına surə endi.
Arı kimi olun deyir nemətlərin sahibi.
Arı kimi təmiz qalın
Arı kimi işləyin,heç vaxt dayanmayın. Çünki arı eyni zamanda çalışqanlığın və nizam-intizamın də simvoludur. Çox çalışan insana “arı kimi çalışır” deyilir. Arılar camaat halında çalışarlar, təsbitlərə görə bir arı tək başına ancaq iki və ya üç gün yaşaya bilər, iki arı isə birlikdə bir həftə müddətində həyatda qala bilər. Paylaşmaq
Savabı paylaşmaq, xeyirli əməlləri paylaşmaq, sevinci paylaşmaq necə gözəldir. Paylaşmaqla görülən , bal təmizliyi qədər halal işlər necə gözəldir.
Arılar özündə həm şipşirin balı,həm də zəhəri daşıyar. Bizim də daxilimizdə bir yerlərdə həm bal kimi gözəl, xeyirli ,həm də zəhər kimi insanları incidəcək xasiyyətlərimiz vardır. Bəs hansı daha gözəldir? Biz hansını seçərdik? Təbii ki, balı. Elə isə biz də insanları sevindirək. Gülər üzümüzlə, bal kimi şirin sözlərlə, davranışlarımızla sevindirək…
Ruhumuzu təmiz saxlayaq, zəhərlərlə qaraltmayaq .
Peyğəmbərimiz buyurub ki, mömin təmiz yeyən, olduğu yeri dağıdıb tökməyən bal arısı kimidir. Həqiqətən də aktiv arılar pətəkdə olan artıq hər şeyi ölmüş arıları,pətəkdəki böcəkləri pətəkdən xaric edirlər. Çünki onlara bakteriya düşəcəyini bilirlər. Aktiv arıları biz, pətəyi ruhumuz ,qalan böcəkləri, ölmüş arıları isə fırıldaq, yalançılıq, xəsislik, paxıllıq və s. kimi duyğularımız olaraq düşünsək, bizə də arılar kimi ruhumuzu təmizləmək düşməzmi? Yoxsa bizim də ruhumuz o pisliklərlə kirlənər…
Arı olmaq ümidilə…
Allah arıya buyurdu ki asanlaşdırdığı yollarla getsin.Və bunda bizim ücün dəlillər vardır.
Birinci basqalari sonra sen basqalarina yol acmaqa calismalisan . Xeyir vermekden bezmemelisen.Daim xeyirlere ciqir acmalisan . Xosbext etmek, xosbext olmaq demekdir.Ari kimi isleyin hec vaxt dayanmayin.
Allahın yaratdığı hər bir şey bizə”İnsanlıq” nümunəsini öyrədir .
Allahın yaratdığı hər bir zərrə belə bizə nəsə deyir.
Xoşbəxt olmaq xoşbəxt etməkdir .
Arının balı dermandırsa , gözəl sözdə gözəl ruh yaradar və dərdinə dərman olar.
Təşəkkürlər
Allahın yaratdığı hər varlığın öz missiyası var. Arılar da Allahın verdiyi bu missiyanı nizam-intizamla yerinə yetirirlər. Allah bizə də arı ola bilməyi nəsib etsin
Arı haram olan yerdə yaşamır buna şahid olmuşam Çunki Allah arını təmiz və pak yaradıb Rəbbimin yaratdığlarına sonsuz şukurlər olsun
Allah elminizə bərəkət versin. Bal arısı kimi başqa insanların həyatına faydalı ola bilərsiniz. Hər çiçəkdən topladıginız nektar insanların qəlbinə şəfa olsun.
Arı ailesi başdan ayaga elmdir dogrudan da…neleri ozlerinde ehtiva edirler…arı kimi çalişqan,arı kimi faydalı…işə yaramayan arını ozleri qanadlarini yonarag yuvadan atırlar…onlarda hazıra nazir prinspi işlemir… tesekkurler gencler bele faydali,maragli,lazimli post ucun… ardi gelsin insallah… her gun sebirsizlikle gozleyirem sizin yazilarinizi…
Subhanallah..Dogrudanda arilardan oyreneceyimiz neqeder bilgi varmis…Bugun yeni oxudugum bezi melumatlara gore cox tesekkur edirem..Cemliyimiz, Birliyimiz gucumuzdur..
Müsəlman bal arısı kimidir. Təmiz olanından yeyər, cəm çalışar, özünü deyil, başqalarını düşünər.
Allah “Məktub var” komandasının arı kimi çalışan bu cəminə bərəkət versin.
Bal arısı sistmemi, quruluşu forması həqiqətən çox maraqlıdır. Əslində insanlar arasında “şuur insana aiddir, heyvanların şuuru olmur” tipli anlayışları silib aparır. Şuuru olmayan bir heyvan necə bu qədər mükəmməl dövlət sistemi qura bilər bir pətəyin içində. Cəmiyyət olaraq da barılardan öyrənə biləcəklərimiz çoxdur .Məktub var komandasına uğurlar! Allah ilhamınızı artırsın əziz düşünənlər
Arılar bu sistemli işi görmək üçün Allahdan xüsusi vəhy alır, mesaj alır. Eşitdiyinə dərhal itaət edir. İnsana da arı kimi cəm olmaq və itaəti əmr edir. Əslində vəhyin əsasını təşkil edən ilk prinsip budur. Sizlərə də Rəbbimin endirdiyi bütün mesajları eşidib və itaət etməyi diləyirəm. Zatən gördüyünüz iş bundan xəbər verir
Arı daim başqaları üçün çalışmaqdadır.
Birinci başqaları sonra sən. Başqaları üçün çalışmalısan. Xeyir verməkdən bezməməli, daim xeyirlərə cığır açmalısan. Xoşbəxt etmək xoşbəxt olmaqdır
Rəbbim sizi bal arısı kimi faydalı etsin inşhallah
Arıların silahı iynəsidir ki,bir dəfə istifadə edı bilər,kimi sancsa başıüstə düşər və bu da onun sonu olar.Biz də unutmayaq ki,sevdiklərinə,ətrafına acı verərkən,insan ən başda özünü acıdır,iynənin ən təhlükəli ucu özünə batır.
Arı haqqında gözəl araşdırmadir.eyni zamanda bir neçə tərəfdən yanaşma çox maraqlıdır.Rəbbim elminizi artırsın
Rebbim bizi Ari kimi calisanlardan etsin.Amin
Dogurdan da,bunda ,agilla dusunen insanlar ucun ibretler vardir,12