“Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da (aşağı yaxud) yuxarı olanı misal çəkməkdən çəkinməz …” (“əl-Bəqərə” surəsi, 26)
Ağcaqanad bəzilərinin gözündə kiçik bir məxluq görünsə də həqiqi ağıl sahibləri yoxdan yaradılan hər bir canlıda uca Allahın əzəmətini dərk edərək ibrət almaqdan heç vaxt usanmazlar.
Allah-Təala ağcaqanada fərqli bacarıqlar verib. Bu kiçik məxluqda heyrət ediləcək çoxlu sayda möcüzələr vardır.
Ağcaqanadlar əsasən yaz və yay aylarında olur. 3500-dən çox növləri var. Baş bəlası və əsəb pozan vızıltılarıyla biz elə bilirik ki, en xeyirsiz varlıqdır.
Niyə bu dünyada varlar?
Onları yox etsək nə olar?
Bəs bu ağcaqanadların heç mi faydası yox?
Əlbəttə var. 100 milyon ildən əvvəldə ağcanqanadlar dünyamızda artıq mövcud idilər.
Yalnız dişi ağcaqanad insan və heyvan vücudlarından balalarını böyütmək üçün qan sorur.
Elm adamları mikroskopla 400000 dəfə böyütdükdən sonra ağcaqanada xas olan xüsusiyyətləri aşkarlayıblar. Ağcaqanadın başında 100 göz, ağzında 48 diş, hər tərəfində 3 qanad və bədənində 3 qəlb mövcuddur. Ağcaqanadın xortumunda 6 ədəd bıçaq var ki, bu bıçaqların hərəsi bir vəzifə daşıyır. ”Bu gördükləriniz Allahın yaratdıqlarıdır. İndi siz də mənə yaratdığınızı göstərin”
Ağcaqanad öz xortumunu düz bucaq altında ( 90°) əyə bilir və xortumunu əyərək bizim dərimiz altında axtarış edir. Ağcaqanad temperatur, qaz, rütubət və qoxu detektorları ilə təchiz olunub. Allah ona elə yüksək səviyyədə cihazlar verib ki, bunun sayəsində özünə uyğun olan qanı və uzaq məsafələrdə insanların tər qoxusunu ayırd edə bilir.
Eyni zamanda, ağcaqanadların məlumatları təhlil etmək üçün sinir hüceyrələri də vardır.
Ağcaqanad gecənin zülmətində belə əşyaları, rəngləri, insanları xüsusi cihazı vasitəsi ilə görür. Həmin cihaz ağcaqanadda istilik vasitəsi ilə işləyir.
Ağcaqanlar olmasa nə baş verər?
Ağcaqanadlar olmasa dənizdə yosunlar artar . Hətta onlar balıqlardan daha çox xeyir verirlər. Bundan əlavə, bu maye ilə ağcaqanad yerli anesteziya edir.
Kəsdiyi bölgəni keyləşdirdiyi üçün insan dərisinin kəsildiyini və qanının sorulduğunu hiss etmir. Yalnız ağcaqanad qanı sorub qurtardıqdan sonra insan bunu hiss edir. Dəridə qaşınmaya məhz bu maye səbəb olur.
Qurani-kərimdə ağcaqanad Allahın qüdrətinin bir nişanəsi kimi zikr edilib . Allahın sözügedən ayəyə diqqət çəkməsi, əlbəttə ki, Qurani-Kərimin möcüzəsidir. Allah əbabil quşu kimi ağcaqanadla da kafirləri məğlub etmişdir.
Nəmrud zalım və kafir idi. Özünün ilahi olduğunu iddia edirdi. Xalqına zülm edir və onu rəbb olaraq qəbul etməyə məcbur edirdi. İbrahim əleyhissəlam onun fəsadını pozduqda Nəmrud İbrahim peyğəmbəri təhqir edir, ona qarşı ordu toplayır. Nəmrud İbrahim ilə kifayətlənmir, hətta onun Rəbbinə də müharibə açdığını bildirdikdə, bir mələk insan surətində Nəmruda deyir:
– Bu qədər əsgər toplamağa nə gərək var? Allah ən cılız məxluqu ilə səni də, ordunu da məhv edər.
Nəmrud çox qəzəbləndi, amma onun təkəbbürü daha da artdı, dedi :
– Məni bu gün kim məğlub edəcək?
Həmin an bir ağcaqanad ordusu Allahın əmri ilə hücuma keçib Nəmrudun ordusunu məhv etdi. Nəmrud qaçıb sarayına gizləndi və ağcaqanad ordusundan bir ağcaqanad Nəmrudun üzərinə qondu. Ağcaqanadı qovmaq istəyəndə isə o, burun dəliyindən beyninə daxil oldu və beynini dişləməyə başladı. Həmin anda Nəmrudun beynində dəhşətli ağrı oldu. O adamlarına əmr etdi ki, başına vursunlar ancaq bu şəkildə ağrı azalırdı. Onun adamları isə heyrətlə “Nəmrud necə bir ilahdır ki, kiçik ağcaqanad qarşısında aciz qaldı?” dedilər və Nəmrudun başına o qədər vuruldu ki, başı partlayaraq yerindəcə öldü.
“Allah heç bir misalı çəkməkdən həya etməz. Çoxlarının xoşuna gəlməsə də.”