“Qurandan məktub var – 23”

“Qurandan məktub var – 23”

“Zünnunu da xatırla ! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, qaranlıqlar içində o, belə səslənmişdi: “Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. ”  (Ənbiya surəsi, 87)

Uca Allah Yunus (a.s) peyğəmbəri indiki İraqın Mosul vilayətində yerləşən Nineva xalqına göndərmişdi.
Yunus peyğəmbər Nineva əhlini dəfələrlə haqq yola çağırsa da bir fayda verməmişdi. Belə olan halda Yunus peyğəmbər onlara Allahın əzabını vəd etdi və lazımi səbir göstərməyib qəzəblənərək çıxıb getdi.

Yunus adamlarla dolu bir gəmi ilə yola çıxdı. Gəmi içərisində olan yüklərə görə dənizin ortasında batmağa başlayanda adamlar püşk atıb yükü azaltmaq qərarına gəldilər və Yunus püşkdə uduzanlardan olduğuna görə dənizə atıldı.
Bədəninə heç bir xəsarət yetirmədən bir balıq onu uddu.

Yunus qissəsi məsuliyyətin önəmini bizlərə öyrədir. Məsuliyyətdən qaçmaq öz yükünü atmaq deyil, öz yükündə ağırlıqda batmaqdır.

Zinnun- Balıq sahibi

Böyük balıq nədir? Bir çox təfsirçilər fərqli və ya bənzər izahlar verərək ayədə həqiqi balıqdan söhbət getdiyini düşünmüşdürlər. Lakin Quran simvolik mənalarla dolu kainat kitabı olduğu və ayələr çoxmənalılıq ehtiva etdiyi üçün biz tarixi nöqteyi-nəzərdən yanaşdıq.

Bir sıra dəlillər bizə Yunusun, həqiqətən də, BÖYÜK BALIĞIN SAHİBİ -Assuriyanın hökmdarı olduğunu düşünməyə əsas yaratdı. Təsadüfi deyil ki, Assuriya imperiyasının xəritəsi ağzını dənizə açmış böyük balığa bənzəyir.

Balığın qarnındakı o sıxıntı və qaranlıq Yunusu Rəsul kimi yetişdirirdi.

Balığın qarnı sıxıntıdır, çox kiçik bir yerdə sıxılırsan və o sıxlıq səni parçalamaq istəyir. Bəs sonra?!
Sıxıntıdan sonra gələn genişlik ruhunu aydınladar.

Balığın qarnı nemət imiş Yunusa.

Balığın qarnı
Okeanın dibi
Və gecənin qaranlığı.

Bəs balığın qarnına düşməyinin səbəbi nə idi?

Zənnə qapılmaq və Allahın Müqtədir isminə şübhə etmək.
Doğru yola şübhə edəndə, özünə şübhə edəndə insanoğlu da qaranlığa düşür.

Balığın qarnından bizi aydınlığa çıxaran isə düşünmək, həqiqəti görə bilməkdir.
Allahın nuru ilə qaranlığını işıqlandırmaq.
Nur imanın başlanğıcıdır.

Ayənin növbəti hissəsinə nəzər salaq:

“Həqiqətən, mən zalımlardan olmuşam”.

Kimdir zalım?
Tövbə etməyən zalımdır.
Özünə zülm edən zalımdır.

İnsanoğlu nə zaman özünə zülm edir?
Neməti özündən biləndə,
Səbirsiz olanda,
Ümidsizliyə düşəndə,
Ədalətsizliyi gördüyü halda susanda…

“Qurandan məktub var – 23”

“Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri kiçilərək Allaha səcdə edərək sağa-sola əyilir.” (Nəhl, 48)

Gündüzlər günəş işığı ilə işıqlandırılan qeyri-şəffaf bir obyektin kölgəsi mavi rəngə malikdir. Bu, göyün mavi görünməsinə səbəb olan Rayleigh dağılmasıdır. Qeyri-şəffaf cisim atmosfer molekulları mavi işığı daha təsirli şəkildə səpdiyindən mavi olan göyün ətraf işığını deyil, günəş işığını blok edə bilir. Nəticədə kölgə mavi görünür.

Bütün varlıqlar Allahın gerçəkliyi olaraq Yaradana tabedir. Əsli səcdədədirsə, kölgəsi də səcdədədir. Orijinal durursa, kölgəsi də ayaq üstdədir, gəzirsə, kölgəsi də gəzir. İnsan nə edirsə, kölgənin əslinə tabe olması da onun səcdəsidir. Əşya yaxud insan… Nə vaxt kölgəsiz ola bilər? Əşya məhv edildikdə, insan isə öldükdə kölgəsi yox olar. Odur ki, öz həqiqətini görmək və həqiqətlə üzləşmək istəyən kölgəsindən qurtulmalıdır! Bu, içində öz həqiqətini daşıyır.

Təsəvvürdə kölgə anlayışı dərin məna kəsb edir: “mömin möminlər tərəfindən görünən nisbi varlıq”dır. Belə ki, əşya ilə onun kölgəsi ayrı anlayışlar olsa da, kölgə varlığa bağlıdır; insansız, insan kölgəsi yoxdur! Varlığın da əsli yoxdur, əslində bütün varlıq bir göl kimidir, varlığın əsli Haqq Təaladır. İnsanın bədəni mənəvi həqiqətin kölgəsidir. Yalnız insan ruhunun – həqiqətin kölgəsi yoxdur. Ruh günəş kimidir, bədən ruhla görünən bir kölgədir! (Kəsrət) Bədən ruha aiddir, amma bədən ruh deyil. Bədən bir ruh olmadığı zaman insan bədənin təsirindən qurtula bilər və mənəvi səyahətlə kölgə varlığını azalda bilər. Kölgələri orijinala çevirmək Allahı tapmaqdır. İçimizdəki nəfsin, kölgənin mənbəyini tərbiyə etmək və bu şəkildə insanı inkişaf etdirmək mümkündür.

Kölgə anlayışı psixologiyada da məna kəsb edir. O, insan varlığını simvollaşdırır. Fərdin gün işığına çıxmamış duyğu və düşüncələri insanın mənliyi və kölgəsidir. Güclü işığa məruz qalan bir insanın hissləri itir. İntensiv işıq növü gözü qaraldır, varlıq görünməz hala gəlir.
Kölgə, şüursuz şəxsiyyətin müəyyən ölçüdə müstəqilliyi olan bir nümunəsidir.Şüurlu mənliyin sahiblənmədiyi duyğuları, motivləri o açığa çıxarır. Mənlik adlanan daxili kölgə, ən qaranlıqlarda ən kəskin hal alır və insana var olduğunu xatırladır. Gizli hislər, düşüncələr , xəyal və vəhşi istəklər, qəzəb, nifrət, mübahisə, utanc insanın kölgələridir. O zaman sual yaranır: İnsan mı kölgəsini (daxili mənini) təqib edir, yoxsa kölgəsi mi (xarici mən) insanı?
Kölgələr formalı bəzi xüsusiyyətlər daşısa da nəticədə bir əsasları yoxdur; lakin kölgə varlığı göstərən önəmli bir ’varlıq’dır! Yer üzü, bütün varlıq bir kölgə kimidir. Bir kölgə kimi gəzər hər bir varlıq, hələ insan, necə də ehtiraslıdır, necə də çırpınır durur…
Varlıq kölgəsi də, varlığın həqiqəti də Allahdır və varlıq hər vəziyyətdə Allahı göstərir; Kölgədən darıxan ruhlar dünyanın qaranlığında qalmışlar.
Kölgənin insanlığa öyrətdiyi nədir?
Bizə bizi göstərir kölgə! Rəbbim, əxlaqımı gözəl et. Birinə qışqıranda anidən özümüzə kölgə oluruq, bunu necə etdim deyə. Allah bizə bizi öyrədir. Kölgədə sanki bunu anladır, özü özünüzə kölgə olun.
Kölgə olmaq güzgü olmaqdır. Öz yansımanı görmək sənə səni xatırladır. O sən ki, özünü, yaradılışının mahiyyətini tez tez unudursan.
Kölgə yansımandır.
Kimin yansımasını icra edirsən?
Müsəlman gözəl əxlaq üzərində yaradılmışdır..Və ən gözəl əxlaqı tamamlamaq üçün başqalarına gözəl kölgə olmalıdır. O soldan gedəndə sağdan hərəkət edən kölgə kimi. Kölgənizlə qorxutmuyun, kölgənizlə qoruyun…

6 thoughts on ““Qurandan məktub var – 23”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir