“Cığır” MDİD İB olaraq gənclərimizin maariflənməsinə dəstək göstərməyə çalışırıq.
Belə ki, Qeyri-Hökümət Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən “QHT-lərin 1-ci İnkişaf və Mübadilə proqramı”dan 259 Qeyri-hökümət təşkilatı qeydiyyatdan keçib və müsahibə zamanı onlardan 110 nəfər təlimlərdə iştirak hüququ qazanıb. Birliyimizin nümayəndəsi, layihə dizayneri Elbəy Əliyev də təlimdə iştirak edir.
Hər il davamlı olaraq və 3 günlük müddətdə davam edəcək proqram layihələrin yazılması və idarə edilməsi sahəsində bacarıqların təkmilləşməsinə töhfə verəcək.
QHT-lərin bilik və bacarıqlarının artırılması adına atılan bu addımdan dolayı QHT- nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk.
Ümid edirik ki, proqram müddətində əldə etdiyimiz biliklər sayəsində cəmiyyətimizin gələcək rifahı üçün faydalı işlərə birlikdə imza atacağıq.