“Kitab zamanın dalğaları üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən- nəsillərə yetirən fikir gəmiləridir.”
Müqəddəs Ramazan ayında Cığır İB Quranın ilk əmri olan “Oxu” ayəsini bölgələrimiz – İsmayıllı, Salyan,Ağdaş, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Oğuz , Qax, Qəbələ və Cənub zonada yaşayan əmanətlərimizə çatdırmaq, karantin dövrünü səmərəli, bol təfəkkürlə keçirmək üçün Parlaq İmzalar Nəşriyyatının “Hər uşağın kitab dostu ol” layihəsinin tərəfdaşı olaraq çıxış etdi. Belə ki, 10-dan çox bölgəyə poçt vasitəsilə hər birinin içində 6 seçilmiş kitab və şirniyyatlar olmaqla bağlamalar göndərilməkdədir.Layihəmizdə 150-yə yaxın ailəmizin uşaqlarının iştirakı nəzərdə tutulur.Artıq bugündən əmanətlər kitab dostlarına qovuşmağın sevincini yaşayır. Növbəti günlərdə də digər uşaqlarımızın həyəcan və sevincini sizlərlə bölüşəcəyik.