“Mənim məqsədim” – Video

“Mənim məqsədim” – Video

 

“Mənim məqsədim” adlı layihə əmanət abituriyentlərin özlərini və məqsədlərini kəşf etmələri üçün yüzlərlə insanı bir araya topladı.

“Cığır” MDİD İB mənəvi dəyərlərə sadiq qalaraq yeni “Mənim məqsədim” adlı bir layihəyə başladı. Məqsəd – abituriyent əmanətlərə ictimai birliyi yaxından tanış etmək, onlarda doğru, sağlam həyat məqsədi formalaşdırmaq, məsuliyyət hissi aşılmaq və xəyal dünyası zənginləşdirmək.

Bakıdan və müxtəlif rayonlardan 10 və 11-ci siniflərdə təhsil alan şagirdlər 3 gün qonağımız oldu. Təlim müddətində abituriyentlər ictimai birliyin əsas layihələri ilə yaxından tanış oldular.

  • “Mülk” xeyriyyə alış-veriş mərkəzinə ekskursiya: Layihə müddətində şagirdlərlə “Mülk” mağazasının filiallarına ekskursiya təşkil olundu. Orada əməkdaşların rəhbərliyi ilə mağazanın dünənindən bu gününə qədər olan həyat yoluna nəzər yetirildi.
  • Könüllülərin təqdimatları: Hər bir könüllünün “Cığır” İB-də olan könüllülük fəaliyyətini əks etdirən hesabat xarakterli layihələr şagirdlərdə yeni hədəflər doğurdu.
  • Mütaliə: Gənclərin həyatında elmin rolu, kitab oxumağın, mütaliənin onlara qatqısından bəhs edən oxu saatı iştirakçılara hüzur dolu anlar yaşatdı.
  • Film saatı: Könüllü gənclər və müəllimlərlə birlikdə şagirdlər təfəkkür dünyalarını zənginləşdirəcək, dünyagörüşlərini artıracaq filmlər seyr edib, birgə müzakirələr edib, bir-birilə fikirlərini bölüşüb və əylənərək öyrəniblər.
  • Psixoloji art terapiyası: Lomonosov adına Moskva Dövlət Universitetinin məzunları, könüllü psixoloqlar Leyla Məmiyeva və Səidə Naxmedova tərəfindən təbiət qoynunda- dəniz kənarında, parklarda art terapiyalar keçirildi. Şagirdlər rənglər vasitəsilə öz daxili aləmlərini vərəqlər üzərində əks etdirdilər.
  • Xeyriyyə küçə satışı: “Mülk” alış- veriş mərkəzində hazırlanan xüsusi səbətlərlə qrup halında Bakının müxtəlif səmtlərinə yollanan şagirdlər insanların qəlbinə xeyir toxumu səpdilər.
  • Dizayn və psixoloq komandasının birgə təşkilatçılığı ilə “Mənim məqsədim” workshopu: Könüllü tələbə Elbəy Əliyev və psixoloq Leyla Məmiyevanın iştirakı ilə keçirilən workshopun məğzi “Həyat məqsədim” adlı sosial sorğudan ibarət idi.

Hər birimiz ümid edirik ki, bu üç günlük layihə abituriyentlərin həyatında dönüş nöqtəsi olacaq və onların gələcək seçimlərinə müsbət yön verəcək.

Təhsil təqaüdü alan gənclərimizin gələcəyi cəmiyyətimizin sabahıdır.

Əziz xeyirsevər dostlarımız, həmvətənlilərimiz!

Gənclərimizin həyatına müsbət yön verəcək olan təqaüd layihəmizdə sizlə birgə səy göstərməkdən şərəf duyarıq.

Cəmiyyətimizin sağlam təfəkkürlü şəxsiyyətləri olan əmanətlərimizin ümidi niyə də biz olmayaq?

Təhsil təqaüdü ilə bağlı ətraflı məlumat üçün: Təhsil təqaüdü