EYUDER-Azərbaycanın və Yunus Emre İnstitutunun birgə təşkilatşılığı ilə Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2024-cü il tarixli sərəncamına əsasən Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş, ədibin tanıdılması və araşdırılması istiqamətində konfrans öncəsi müzakirələrdən ibarət görüş keçirildi.
İslam ədəbiyyatında önəmli bir şəxsiyyət olan Füzuli, Fars, Ərəb və Azərbaycan dilində qədim əsərlər yazmışdır. Füzulinin əsərləri, insan psixologiyasını, mənəvi dəyərləri və insanın təbiətini vurğulayan dərin məfhumlara malikdir. Füzuli yaradıcılığı Allah eşqi, inam, mədəniyyət, tərbiyə, əxlaq və bilikdir. Onun araşdırılması və tətbiqi tək elmi deyil, hər tərəfli aparılmalıdır. Bunun üçün isə elm və təhsilin birgə vəhdət halında birləşməsinə ehtiyac var. Bu həm də Azərbaycanın ən böyük mütəfəkkiri olan Füzulinin gənc nəsil tərəfindən daha dərindən tanınmasına da kömək edəcəkdir.
Bu görüşün müzakirəsində bir çox elm xadimləri, ziyalılar, Füzuli yaradıcıllığının tədqiqatçıları da iştirak etdi.
Tədbirdə “Cığır” MDİD İB təsisçisi, BDU İslamşünaslıq ETM aparıcı elmi işçisi, fil.ü.f.dok. Yeganə Mirzəyeva və ADU “Azərbaycan dilçiliyi” kafedrasinin müəllimi Günel Ələkbərova iştirak etdi. Müzakirələr zamanı öz təkliflərini irəli sürdülər.