“Qurandan məktub var-4”

“Qurandan məktub var-4”

Bəyandan məktub var!

Yer üzündəki bütün canlılar və iki qanadı ilə uçan varlıqlar sizin kimi ümmətdirlər” (“Ənam” surəsi, 38).

Ümmət nədir ?
Üm– yol, istiqamət, inanc
Ümmət -mütləq həqiqət, mənəvi dəyərlər, güvən, sədaqət və ədalətlə bir-birinə bağlanan birlik.🔗
Ümmət – bir peyğəmbərə bağlı topluluq. Müasir ifadəsi millət deməkdir.

Bir ümmətin formalaşması eyni məqsəd və hədəflərlə toplaşmış sosial davranışları, məsuliyyətləri olan ünsiyyət, rabitə yaradan bir qrup, topluluğun olmasıdır.

İnsanlar bir-birləri ilə dil, işarələr, görüntülər və s. vasitələr ilə ünsiyyət qurur.
Bəs digər canlıların ünsiyyət forması necə olur?
Digər canlılar niyə ünsiyyət qurma ehtiyacı duyur?
Əgər heyvanların ünsiyyət qurma üsullarına nəzər yetirsək, niyə ünsiyyət qurma və ümmət formalaşdırıma ehtiyacı duyduqlarını tapa bilərik.
Heyvanalar 3 formada ünsiyyət qura bilirlər ki bunlar:
1. Öz növləri ilə ünsiyyət- məsələn yunuslar bir-birləri ilə öz frekanslarına uyğun səs dalğaları ilə.
2. Digər növlərlə ünsiyyət- məsələn pişiklər ac olduqlarını bildirmək üçün insanlara yaxınlaşır. Bitkilər susuzluğunu bəlli edərkən xarici görünüşlərində dəyişim baş verir (yarpaqlarında solma, quruma və s.).
3. Otokomunukasiya (öz-özləri ilə ünsiyyət) – məsələn yarasalar səs dalğaları göndərərək qarşıda maneə olub olmadığını yoxlayırlar.

Canlıların ünsiyyəti xəbərdarlıq etmək, məlumat vermək, məlumat almaq və ya ehtiyacının qarşılanması məqsədi ilə ola bilər.

Ünsiyyət – rabitə, bağlantı, əlaqə. Bir toplumun formalaşması üçün ən zəruri ünsür. Canlılar arasında ən önəmli və ümumi olan ünsiyyət dalğa frekansları ilədir ki, canlılar enerjinin doğru tənzimlənməsi ilə bir-birlər ilə əlaqə yarada bilərlər.

Yer üzündəki bütün canlılar və iki qanadı ilə uçan varlıqlar bir ümmət olaraq bizə nəyi örnək göstərir?

Canlılar aləmi öz daxilində siniflərə, qruplara ayrılır. Bu qruplar birliyin, paylaşmağın, məsuliyyətin, nizam-intizamın ən gözəl nümunələridir.

Quşlar sinifi sürü halında yaşayan heyvanlardır. Bir çox köçəri quş növü müəyyən dəstələr yaradaraq müntəzəm qruplarda uçurlar. Bu qruplar üçbucaq (V) formasında olur. Onların sürü ilə uçuşu bir neçə məqsədə xidmət edir. Bunlara

1. Yemək axtarmağı və özlərini müdafiə etməyi göstərə bilərik. Yemək axtararkən hissləri ilə yola çıxaraq birlikdə axtarışda olurlar. Bir quş fərqli yemək axtarma yolu tapdıqda bunu digərləri ilə də bölüşür. Bu bizə bir daha paylaşmağın bütün canlılara məxsus olduğunu, Yaradılışın bizdən bunu gözlədiyini göstərir

2. Özlərini qorumaq. Sürü ilə uçan quşlar təhlükələrə qarşı da tək uçan quşlarla müqayisədə daha yaxşı müdafiə olunurlar.

3. Məsuliyyət daşımaq. Birlik olmaq özü ilə bərabər bəzi öhdəliklər də gətirir. Biz bunu quşlarda da müşahidə edə bilərik. Məsələn, hər bir quş yem axtararkən təcrübələrini əvvəlki təcrübələri ilə qarşılaşdırmalı və gəldiyi nəticəni sürünün ümumi təcrübəsinə uyğun da güncəlləşdirməlidir.

4. Enerjiyə qənaət. Quşların bu üsulla uçması enerji sərfiyyatını azaldır və dəstədəki quşların arasında əlaqəni təmin edir. Dəstədəki quşlar, özündən irəlidəki quşun azacıq yana doğru arxasında uçur, bu zaman qarşısındakı quşun qanadlarının yaratdığı yüksək hava axınından istifadə edirlər. Bundan əlavə arxadakı quş özündən əvvəlki quşun qanad hərəkətini rahatca görür və bütün quşlar eyni, sinxron qanad çalırlar.

Bu bizə hər bir kəsin sadəcə özündən deyil, ətrafından da məsul olduğunu xatırladır.
Yem axtararkən belə sadəcə özlərini deyil bütün sürünü düşünmə cəhdi bizlər üçün örnəkdir.

Ümmətləri, millətləri ümmət, millət edən ən önəmli dəyər rabitə və ünsiyyətdir. Gözəllik doğuran ünsiyyət sağlam birliyin, cəmin, cəmliyin təməlidir.

Quşlar və digər canlılar bizə birlikdə çalışma, məsuliyyət daşımaq, paylaşmaq və birbirimizi qorumaq kimi insani dəyərlərimizi xatırladır. Bu, insanlar üçün də mühüm olan bir mənəviyyatın təminatını verməkdədir. Birlikdə hər birimiz daha böyük ali məqsədlərə nail ola bilərik.