“Könüllülük könül işidir” adlı konfrans keçirildi.

“Könüllülük könül işidir” adlı konfrans keçirildi.

Hər böyük işin arxasında mütləq ki, zaman və sevgisini bu işə təmənnasız yönəldən insanlar durur. Qocadan uşağa, başlı-başına könüllülərdən ibarət “Cığır” ailəmizin gənc könüllüləri “Könüllülük könül işidir” adlı konfrans təşkil etdi. Bir il ərzində, ata himayəsindən məhrum uşaqlara təmənnasız dərs keçən gənc müəllimlər, onları sevindirmək üçün səhiyyədən tutmuş ikinci əl kitab satışına qədər saysız-hesabsız layihələr yazan və həyata keçirən xeyriyyəçi tələbələr- “Cığır” məhz bu gənclərin xəyallarını həyata keçirdiyi evdir.
“Könüllülük könül işidir” adlı təqdimat konfransında 1 il ərzində həyata keçirilmiş layihələr təqdim olundu. 1 il ərzində könüllü olmuş “Xeyriyyəçi tələbələr”“Könüllü müəllimlər” gənclər komandası sertifikatlarla təltif olundular.