20-31 dekabr tarixlərində “Kənddən Şəhərə” yarmarkasında iştirak etdik.

20-31 dekabr tarixlərində “Kənddən Şəhərə” yarmarkasında iştirak etdik.

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Tədarük ve Təchizat ASC-nin rəhbərliyi ilə 20-31 dekabr həyata keçirilmiş “Kənddən şəhərə” yarmarkasında “Cığır” MDİD İB könüllüləri “Mülk” xeyriyyə mağazamızın məhsullarının və isti xörəklərin satışını həyata keçirdi. Yarmarkanı daha rəngarəng etmək üçün əmanətlərimizdən ibarət “Diriliş” teatr truppası müxtəlif pontamim çıxışları sərgilədi, bacarıqlı əmanətlərimiz canlı musiqi ifa etdilər. Eyni zamanda, yarmarka iştirakçıları və qonaqların uşaqları üçün peşəkar psixoloqlar və müəllimlərin rəhbərliyi ilə yarmarka daxili mini uşaq baxçası təşkil olundu