“Kitabınla işıq ol” – 4-cü xeyriyyə kitab satışı

“Kitabınla işıq ol” – 4-cü xeyriyyə kitab satışı

Növbəti xeyriyyə kitab satışı! 
Könüllülərimiz himayəmizdə olan uşaqların tibbi ehtiyacları və təhsilinə dəstək üçün “Kitabınla işıq ol” adı altında ikinci əl xeyriyyə kitab satışını həyata keçirdilər.
Günlərdir neçə-neçə kitab evlərini, sosial şəbəkə üzərindən kitab səhifələrini, ( “Ovod”, “İsra” “Bookshop”, “Mousetrap”, “Kitab izi”, “Qarayev Bookshop) “Kitab_satisi_barteri və s.) kitabsevər və xeyirsevərləri yarmarkaya yorulmadan təşviq edən gənclərimizin həyəcan və sevgisinin həddi-hüdudu yox idi.
Ən gözəli isə şövqlə, canla-başla hazırlıqlar görən komandamızın yoldan keçən insanları “Kitabınla işıq ol”, Xoşbəxt edərək xoşbəxt ol” deyərək satışa səsləməsi idi.
Gənclərimiz “Mülk” xeyriyyə mağazasının önündə keçirilən yarmarkada xeyirsevərlər həm də alış-verişə dəvət edir, əmanətimiz S. Nigarın üzərində rəsm çəkdiyi eko çantaları da sataraq yarmarkamıza dəstək olurdular.
Dəyərli könüllər, əziz könüllülər, siz özünüz bizim işığımızsınız.
Səssizcə sizin bu sevgi, ümid və cəhdlərinizə şahid olan bizlər sizinlə qürurlanırıq.