“Kitab ətri” şairlərimizin misralarında davam edir.

“Kitab ətri” şairlərimizin misralarında davam edir.

1 aylıq yay tətilindən sonra yenidən davam etdiyimiz “Kitab ətri” çərçivəsində Sumqayıt şəhərinin N.Gəncəvi adına kitabxanasında “Cığır” əmanətlərinin Ruzigar Çələbi, Mövlam Hüseynli, Məmmədyarlı kimi şairlərimizlə görüşü baş tutdu. Görüşdə həmçinin AYB -Sumqayıt bölməsinin sədri Gülnarə xanım, kitabxana direktoru Zərnigar xanım, həmçinin şəhər ağsaqqalları da iştirak etdi.
“Cığır” əmanətləri qonaqların gözəl söhbətlərini, şeirlərini dinlədilər və onlara maraqlı suallar verdilər. Bu dəfəki görüşümüzdə əmanətlərlə yanaşı analar da çox fəal idilər. “Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi haqqında qonaqlara geniş məlumat verdik. “Kitab ətri” layihəsi və onun məqsədləri haqqında danışdıq. Bu məlumatlar qonaqlarımızı da çox təsirləndirdi və bu cür birliyin və layihələrin olması şairlərimizi çox sevindirdi.