Xoşbəxt etmək xoşbəxt olmaqdır! (“Bakı, qonağımız var!”-3)

Xoşbəxt etmək xoşbəxt olmaqdır! (“Bakı, qonağımız var!”-3)

“Yetim gülərsə dünya gülər” dedik, və Azərbaycanın fərqli rayonlarından gələn əmanətlərimizlə 3 gün Bakıda rəngarəng bir səyahətə çıxdıq.Dənizə baxanda onların gözlərinə baxdıq, və dənizi onların gözlərində gördük. Onların gülüşləri ilə isitdik qəlblərimizi. Bütün Bakıya yayılmışdı sevgi dolu gülüşləri. Addımlarımızla rənglədik getdiyimiz hər yeri. Bakının üzərində parladıq 3 gün bir günəş kimi. Xoşbəxtlik budur. Xoşbəxt etmək, xoşbəxt olmaqdır.