“Kitab ətri” layihəsi “Əlvida Ramazan” tədbirini həyata keçirdi.

“Kitab ətri” layihəsi “Əlvida Ramazan” tədbirini həyata keçirdi.

Ramazanı böyük ümid və sevgi ilə yola salmaq üçün nəzərdə tutulmuş müxtəlif layihələrimiz davam etməkdədir. Bu gün isə “Kitab ətri” layihəsi onlayn formada möhtəşəm “Əlvida Ramazan” tədbirini həyata keçirdi. Tədbirdə ölkəmizin dörd bir yanından əmanət uşaqlar və analarımız iştirak etdilər. Bu həm də uşaqlarımızın “anamla oxuyuram” şüarı idi. Tədbirin gedişatını daha maarifləndirici və maraqlı etmək məqsədilə bölgələr üzrə hazırlanan tədqimatlar göstərildi, uşaqların duası və Quran ayələrindən sitatlar gətirildi. Sevimli balalar və analarımızın bu tədbirə böyük məsuliyyət və özənlə yanaşması bizlərin sevinci və ilhamlanmasına səbəb oldu. Bu tədbirin keçirilməsində rayon rəhbərləri çox böyük şövqlə hazırlaşıb və nümayişləri gözəl şəkildə təqdim etdilər. Ramazan bizim ən gözəl qonağımızdır və onu da gözəl şəkildə qarşılayıb yola salmaq bizim üçün böyük mahiyyət kəsb edir.