“İşığım sən ol!” silsilə konfranslarımıza dəvətlisiniz!

“İşığım sən ol!” silsilə konfranslarımıza dəvətlisiniz!

Dəyərli dostlar!Sizləri mütəmadi olaraq keçirilən “İşığım sən ol!” adlı silsilə  konfranslarımıza dəvət edirik.”Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi olaraq,nəzərinizə çatdıraq ki,qeydiyyatımızda olan uşaq sayı artıq 1000 nəfərdən artıqdır və dayanmadan yetim sənədləri gəlməkdədir.Himayəçisi olmayan yetimlərimiz var.Gözlərinin yollardan yığılmasına vəsilə biz olaq.Yetim – Allahın əmanəti…Bizim qurtuluşumuz…Yetim elə bir nemət ki,onun yanında,dərdində ola bilən hər kəs insanlıq adına dəyərli olan ən gözəl məziyyətlərə layiq görülür.Öz övladlarımızdan qorxduğumuz kimi yetimlər barədə də qorxaq.Hər tikəmizdə yetimin payı var.”Bir yetimin himayəçisi də mən olum!” titrəyişi qəlbinizdən keçdisə, tələsin.Varlığınızla yaxşılıq carçısı olmağa gəlin!

Leave a Reply