İnşirah Psixoloji Mərkəzinin təşkilatçılığı ilə 3-6 yaş uşaqların anaları ilə psixoloji təlim keçirildi.

İnşirah Psixoloji Mərkəzinin təşkilatçılığı ilə 3-6 yaş uşaqların anaları ilə psixoloji təlim keçirildi.

“Cığır” MDİD İB qeydiyyatında olan ata himayəsindən məhrum 3-6 yaş uşaqların anaları ilə psixoloji təlim keçirildi.

Psixologiya Elmi Tədqiqat İnstitutunun təcrübə proqramında iştirak edən gənc təcrübəçilər “Uşağın inkişafında ailənin rolu”, “Oyun və məktəbin uşaqların inkişafı üçün yararları”, “Motor və cinsi inkişaf” mövzularında çıxış etdilər.

Uşaqlarımızın inkişafında analarının maariflənməsi böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən analarımızla mütəmadi maarifləndirici seminar və təlimlər keçiririk.

Əməkdaşlıq üçün PETİ-nin Yaş və İnkişaf Şöbəsinin Direktoru, BDU-nun müəllimi Psixoloq Mətanət Əliyevaya təşəkkürümüzü bildiririk.