Ramazanın hər saatını paylaşmaq və sevindirmək üçün fürsət bilən “Cığır” ailəsi xeyirsevərlərin yardımı ilə “Ramazan qatarı” ilə Gənclikdə də qonaq oldu. Bu iftarımızı da əmanətlərin üzündəki gülüşə baxıb doyaraq, sevinc göz yaşları ilə susuzluğumuzu söndürərək açdıq.
