Nərimanov rayonu xeyirsevərləri əmanətlərimizlə iftar süfrəsində görüşdülər.

Nərimanov rayonu xeyirsevərləri əmanətlərimizlə iftar süfrəsində görüşdülər.

“Ramazan qatarı”mız bu dəfə Nərimanov rayonunda yaşayan əmanətlərimizə Ramazan sevinci yaşatmaq üçün yola çıxdı. Bu dəfə də onların dodaqlarında gülüş, gözlərində parıltı, qəlblərində fərəh, sevinc və ümid, balaca ovuclarında isə dua olmaq üçün öz iftar süfrəsindən əskildib onların iftar süfrələrini bəzəyən, sədəqə göndərən, xeyirdə yarışan bacı və qardaşlarımıza təşəkkür edirik! Ramazan sadəcə mədənin ac buraxıldığı ay deyil. Ramazan ən gözəl şəkildə bölüşmək, ən gözəl şəkildə yardımlaşmaq, özümüzdən əvvəl başqalarını düşünmək ayıdır.Ramazan kimi ömrümüz olması duası ilə.

Leave a Reply