“Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir.”
Heydər Əliyev
Təbiətin nəbzi sayılan ağacları qorumaq və onlara qayğı ilə yanaşmaq hər birimizin maddi-mənəvi borcudur.
“Cığır” MDİD İB ağacəkmə layihələrinə daim həssaslıqla yanaşmışdır. Bununla yanaşı ağacəkməylə bağlı tədbirlərdə fəal şəkildə iştirak etmişdir.
Dekabrın 27-də Bakı-Şamaxı yolunun 30-cu kilometrliyində, paytaxtın Müşfiqabad qəsəbəsində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı baş tutan ağacəkmə kampaniyasında “Cığır” MDİD İB təsisçisi Yeganə Mirzəyeva da qatıldı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi nin dəvəti ilə 300-ə yaxın qeyri-hökümət təşkilatı tədbirdə iştirak edib.
44 günlük Vətən müharibəsində qazandığımız Zəfər günü münasibətilə başladılan bu layihə bizim üçün mənəvi dəyərdir.
Şəhid adı ilə boy atan fidanlar Vətənimiz üçün mübarək olsun.
Əkilən fidanlar bizim nəfəsimizdir. Nəfəsimizi qoruyaq! Hər fidan yeni bir nəfəs, hər pöhrə yeni bir ruh.