Gözəl düşüncədə “Minimalizm və Quran”.

Gözəl düşüncədə “Minimalizm və Quran”.

İnsanların bir-biri ilə ünsiyyət qurmağa ehtiyacı olduğu bir zamanda birliyimiz heç bir layihəsinə ara vermədiyi kimi “Gözəl düşüncə” layihəsi də davam edir. Layihənin bu dəfəki mövzusu “Minimalizm və Quran” oldu. Mövzu üzrə məruzə edən könüllümüz Əliyev Elbəy insanın xoşbəxt olmasına maneə olan, istifadə etmədiyimiz halda topladıqlarımızdan danışdı. Ev dizaynından tutmuş qidaya qədər minimalist yanaşmanın həyatımıza gətirə biləcəyi yüngüllük və azadlıq duyğusunu necə əngəlləyirik? Minimalizm necə ortaya çıxıb və Quran bu mövzuda bizlərə hansı sirrləri açır?
Quranda israf, sədəqə ayələrinin insanlarda minimalist həyat tərzini tərbiyələndirərək onlara paylaşmaq, bölüşmək kimi təməl insani keyfiyyətləri aşılama mexanizmindən danışdıq. Könüllümüz Elbəy gözəl düşünənləri “əgər indi bir yola çıxsaz, özünüzlə nə götürərdiz?” sualı ətrafında düşünməyə dəvət etdi. Eyni zamanda az və ya balaca adlandırdıqlarımızın çox böyük əhəmiyyətə malik olduğunu virus və kainatı misal gətirərək isbat etdi. Necə ki, mikroskopik ölçüdə olan virus çox böyük dəyişikliklər edə bilirsə, kainatla müqayisədə mikroskopik ölçüdə olan insan da kainat üçün həlledici addımlar ata bilir.
Minimalizm daha az olan deyil, ehtiyacı olan qədər mənasındadır. Minimalist düşüncə ilə dünya malına yanaşsaq bu bizi daha azad və daha xoşbəxt edə bilər. 
Həyatımızda nələrə minimalist, nələrə isə maksimalist yanaşacağımız bizim bütün yaşamımızı həll edir. Azla gözəl olanı yaratmaq hər zaman mümkündür.
Sonda karantin dövrünü səmərəli keçirmək üçün özünün həyata keçirdiyi fəaliyyətləri bizimlə bölüşən dostumuz dəyərli məsləhətlər verməyi də unutmadı.
Hər həftənin bazar günü həyata keçirilən “Gözəl düşüncə”-yə hər biriniz dəvətlisiniz.

 

 

2 thoughts on “Gözəl düşüncədə “Minimalizm və Quran”.

  1. Allah gözəl düşünüb gözəl davrananları sevər. (Ali İmran 134)
    Gözəl düşüncələriniz Salamın özü deməkdir. Ən gözələ cəhd edib insanlığa çatdırmaq daim nəsibiniz olsun.

Leave a Reply to Gunel Cancel reply