“Gözəl düşüncə” layihəsində növbəti mövzu “Kosmos və Quran” oldu.

“Gözəl düşüncə” layihəsində növbəti mövzu “Kosmos və Quran” oldu.

“Gözəl düşüncə” layihəsində bu dəfə Xəzər Universitetinin tələbəsi və könüllümüz Ceyhun Səfərov bizə “Kosmos və Quran” mövzusu haqqında geniş məlumat çatdırdı. “Big-bang” nəzəriyyəsi, qara dəliklər teoriyası, Sirius ulduzu, ulduzların doğulması və ölməsi və bütün bunların Quranın bir neçə (xüsusilə Nəcm sürəsində) ayəsində öz əksini tapması haqqında öyrəndik. Əmanətlərinizlə kainat və insan arasındakı bənzərliyi, kainatın sonsuz genişlənməsi və sonsuz bölünməsi ilə insan bədənin sonsuz genişlənməsi və atomların sonsuz bölünməsi arasındakı eyniliyi, qara dəliklərin yaranması ilə özünəçəkilmiş və məhv olan insan mənəviyyatı arasındakı əlaqəni, bütün kosmosda öz fəaliyyətini yerinə yetirməyən tək ulduzun səbəb olacağı fəlakətlərlə öz yaradılış qayəsini yerinə yetirməyən insanın səbəb ola biləcəyi fəlakətlərin bərabərliyini müzakirə etdik. “Kosmos və Quran” dərsində insanın əsl ibadətinin elm öyrənməsi olduğunu sübut etdik və kainata qalxıb və ya özümüzə enib yaradılışı öyrəndiyimizdə Allahın sonsuz olduğu daha aydın göründüyü qərarına gəldik.