İkinci əl kitab satışının xəyallarına qovuşdurduğu əmanətimizin evində qonaq olduq.

İkinci əl kitab satışının xəyallarına qovuşdurduğu əmanətimizin evində qonaq olduq.

Pilot olmaq arzusu ilə yaşayan 10 yaşlı sol qol və ayaq damar çatışmazlığından əziyyət çəkən əmanətimiz Kənan üçün “Sağlam ruhlar” layihəsinin həyata keçirdiyi kitab satışında onlarla xeyirsevər gənc kitab işığında həyat vermək üçün toplaşdı. Kitab almağa gələn gənclər özləri kitab satışının aktiv iştirakçılarına çevrilərək “Xeyriyyəçi tələbələr” komandamıza qoşuldular. Kitab sevgisi ilə faydalı olmaq arzusu bir araya gəldi və Kənanın əməliyyatı üçün tələb olunan məbləğ toplandı. Yeni bağlar, yeni dostluqlar, yeni ümidlərə yelkən açan yarmarkada 3 gün ərzində gah yağış yağdı, gah günəş çıxdı.  Kitab sevgisi ilə faydalı olmaq arzusu bir araya gəldi və Kənanın əməliyyatı üçün tələb olunan məbləğ toplandı.
Kənan balamızı əlimizdə hədiyyələrimiz ilə ziyarət etdik. Ailə gəlişimizə çox sevindi. Kənanın gözündə isə qəhrəman kimi görünürdük. Lakin əsl qəhrəman o özü idi.
Kənana hədiyyə etdiyimiz kitablar onu çox sevindirdi və kitablara qəhrəmanlarının ürək sözlərini yazmağını istədi.