Tətil günləri maraqlı gəzinti ilə yadda qaldı.
Dəyərli əmanətlərimizlə yanvar ayının 2-si və 3-ü Milli Azərbaycan Tarixi muzeyinə və “Farhouse” neon ev muzeyinə ekskursiya təşkil etdik.
Öncə Tarix muzeyində yaradılan H.Z.Tağıyev adına ev muzeyinə baş çəkərək muzeyin bələdçisi tərəfindən orada qorunan və nümayiş etdirilən eksponatlar, maddi-mədəni nümunələrlə yaxından tanış olduq. Daha sonra Muzeydə fəaliyyət göstərən “Xarıbülbülün vətəni- Şuşa” adlı sərgi bölməsini ziyarət etdik Ardından mükaşif uşaqlarımızla birlikdə neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənəti- Neon sənəti ilə tanış olmaq üçün Novxanıda yerləşən muzeyǝ səfər etdik. Burada bir-birindən maraqlı neon işığı ilə əks olunan rəsm əsərlərini diqqətlə incələdik.
Dəyərli zaman keçirməmizə vasitəçi olan, həmçinin maraqlı məlumatlarla bizləri maarifləndirdiyi üçün Milli Azərbaycan Tarixi muzeyi və “Farhouse” neon ev muzeyinin rəhbərliyinə və işçi heyətinə dərin təşəkkür edirik.
2 günlük ekskursiya boyu təmənnasız şəkildə Birliyimizi avtobusla təmin edən Bakı Nəqliyyat Agentliyinin rəhbərliyinə xüsusi minnətdarlığımızı bildiririk.