“Elm Ümmandır” TTP – nın müsahibə mərhələsi keçirildi.

“Elm Ümmandır” TTP – nın müsahibə mərhələsi keçirildi.

“Cığır” MDİD İB “Elm ümmandır” təhsil təqüdü proqramı illərdir yüzlərlə əmanət abituriyentin universitet xəyallarına qapı olur.

Ənənəyə sadiq qalaraq bu il də Bakı və müxtəlif bölgələrimizdən onlarla 10,11-ci sinif əmanət uşaqlarla canlı və onlayn silsilə görüşlər təşkil etdik, onların məqsədləri üzərindən danışdıq, pedaqoji və təşkilati heyətimizlə müzakirələrdən sonra növbəti seçim mərhələsi üçün şəhərimizə dəvət etdik.

Seçimlərdə üstünlük verdiyimiz məqam “Cığır” birliyi tərəfindən hazırlanan “Könüllülük müqaviləsi” ilə ailələri tanış etmək, tələbə adı qazandıqdan sonra abituriyentlərimizə onlara verilən təqaüdün şükrü olaraq sosial məsuliyyəti aşılamaqdır.

Müqavilə imzaladığımız ailələrlə “Mənim məqsədim” layihəsində yenidən görüşməyə hazırlaşırıq.

Abituriyentlərimizə uğurlar arzulayırıq.