Abituriyent əmanətlərimiz “Mənim məqsədim” layihəsi çərçivəsində şəhərimizin və mərkəzimizin qonağı oldular. 3 gün ərzində onlarla bol maarifləndirici silsilə görüşlərimiz və programlarımız keçirildi. İlk olaraq mərkəzimizdə qonaq olan əmanətlər müəllimlərlə tanışlıqdan sonra “Cığır”la və sosial sahibkarlıq layihələrimiz ilə tək-tək tanış oldular. Eyni zamanda “Kitab bağı” sosial sahibkarlıq kafemizdə ləziz təamlar dadaraq “Fidan” tələbə qızlar yurdumuzda qonağımız oldular.
Layihəmizin ilk günü “Rəngahəng” komandasının könüllüləri tərəfindən fincan üzərində rəsm masterklassı, “İnşirah” psixoloji mərkəzimizin könüllüləri tərəfindən təbiət qoynunda terapiya, film saatı keçirildi və kainatı daha yaxından tanımaq üçün “Planetarium”a üz tutduq.
Davam edən layihənin 2-ci günündə abituriyentlərimizlə bərabər Meşə parkında Yeganə İbrahimin “Hədəflərdən Məqsədə” adlı görüşü keçirildi, park ərazisində piknik edilərək müzakirələr aparıldı. Könüllü fəaliyyətində sosial məsuliyyət və sosial təşəbbüskarlıq insanın həyat məqsədini olduğunu vurğulamaq üçün istənilən bir fəaliyyətdə də işin ən önəmli tərəfi təmizlik meyarının anlamaları üçün sosial sahibkarlıq mağazalarımızda iməcilik təşkil olundu.
“Mülk” ilk sosial sahibkarlıq mağazasının Suraxanı filialında və “Bərəkət düşbərələri” sosial sahibkarlıq layihəmizlə yaxından tanış oldular. Daha sonra Əmircanın mədəniyyəti, yaşayışı ilə tanış olaraq Nizaməddin məscidi və Murtuza Muxtarov məscidinə ziyarətlər olunaraq millətimiz üçün xeyirli dualar da edildi.
Layihənin 3-cü gündə layihə iştirakçıları ilə birliyimizin sədri eyni zamanda kouçinq sertifikatlı Nüşabə Hüseynova tərəfindən art terapiya keçirildi. Rəsm üzərində duyğular, rənglər, kimliyimiz üzərindən şəkillər çəkildi.
Səyyar satışda isə abituriyentlərin kommunikasiya bacarıqlarının inkişafı həmçinin yeniyetmələrdə sosial məsuliyyət anlayışının formalaşdırılması məqsədi ilə 4 istiqamətdə satış keçirildi.
Layihə iştirakçıları ilə “Bağbanın bağçası” ilk sosial sahibkarlıq gül mağazasında “İnsan və təbiət” ustad dərsi həyata keçiridi. Ustad dərsi əsnasında florist İlkin İbrahimli tərəfindən bitkinin əkilmə qaydaları, Yeganə İbrahim tərəfindən bitkinin kökləri, torpaq mühiti, köklər üzərindən sistem qurulması və bitkilərin əkilməsi haqqında təlim keçirilərək müzakirələr aparıldı.
“Şam və güzgü” ustad dərsində isə şam üzərində fədakarlığı, enerjinin formasını dəyişdirməsini, şamın yanarkən yox olmadığını ətrafında işığı olduğunu izah edildi.
“Mənim məqsədim” adlı keçirilən workshop-da isə abituriyentlərə məqsəd anlayışını çatdırmaq, məqsəd necə təyin olmalıdır, vizyon, hazırkı vəziyyətin analizi, SWOT analizi, məqsədləri və vizyonu doğru ifadə etməklə bağlı təlimlər keçirildi.
Hər bir abituriyentimizə uğurlar arzu edirik!