“Qadın günü” qadının dünyaya gözəllik bəxş etdiyi hər gündür.
Cəmiyyətdə şüurlu qadın özünütəsdiq olaraq hər sahədə gücünü sınayıb.
Qadın – anadır, dostdur. Qadın – şəfqət, mərhəmət və özündən çox ətrafını düşünəndir.
Biz də “Cığır” MDİD İB olaraq, məhz dünya qadınlarına səsimizi duyurmaq xarakterli silsilə konfranslar həyata keçirməkdə, yeni layihələr təşkil etməkdəyik.
Səsimiz sevgi ilə görülən işlərimizdir.
“Beynəlxalq qadın günü”nü məhz əmanət balalarımız üçün tam təmənnasız fəaliyyət göstərən “Salam yurdu” təlim tədris mərkəzində ümumi və könüllü iməcliklə başlamaq niyyətindəyik.
İməcilikdən sonra isə “Dini müstəvidən qadının cəmiyyətdə rolu” mövzusunda konfransımız keçiriləcək. Hər bir vətəndaşın iştirakı mümkündür. Konfransa giriş tam təmənnasızdır.
Mövzu: “Dini müstəvidən cəmiyyətdə qadının rolu”.
Tarix: 8 mart 2019.
Saat: 14:00
Ünvan: Premier Expo Otel.