“Cığır-2018” hesabat konfransına dəvətlisiniz!

“Cığır-2018” hesabat konfransına dəvətlisiniz!

“Cığır” MDİD İB fəaliyyət göstərdiyi müddət ərzində hər il hesabat konfransları təşkil edib. Qeydiyyatımızda olan əmanət dul qadın və övladlarının maddi, mənəvi, psixoloji dəstək yönündən daim yanlarında olmağa çalışaraq mütəmadi tədbirlər planı həyata keçirmişik.

Dəyərli xeyirsevər dostlar!

Qadınların fəaliyyət göstərdiyi İB-də il ərzində görülən işlərin hesabatını sizlərə təqdim etmək üçün “Cığır – 2018” hesabatı ilə mart ayının 8-i saat 11:00 – 13:00-da “Premier Expo Otel”də sizləri gözləyirik.

 

 

Leave a Reply