“CinemaPlus”kinoteatrlar şəbəkəsi Heydər Əliyev ili çərçivəsində 50 əmanətimiz üçün 1 iyun- Uşaqların Beynəlxalq müdafiəsi gününə həsr olunmuş xüsusi proqram və xeyriyyə nümayişi təşkil etdi.
Proqram çərçivəsində öncə “CinemaPlus” İdarə Heyətinin sədri Zaur Darabzadə uşaqlarla birlikdə nahar etdi. Daha sonra uşaqlara “Mario” cizgi filmi nümayiş etdirildi, sonda isə hər bir əmanətimizə rəhbərlik tərəfindən hədiyyələr təqdim olundu.
İctimai Birliyimizin icraçı direktoru Nüşabə Hüseynova xüsusi tədbir və təmənnasız film nümayişlərinin təşkili ilə əmanətlərimizin üzündə yaratdığı təbəssüm üçün “CinemaPlus” rəhbərliyini təşəkkürnamə ilə təltif etdi.
“CinemaPlus” rəhbərliyinə bir daha xeyirxah təşəbbüsünə görə təşəkkür edirik!