Məktəbli əmanətlərimizlə birgə Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğunda ekskursiyada olduq

Məktəbli əmanətlərimizlə birgə Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğunda ekskursiyada olduq

“Heydər Əliyev ili” çərçivəsində 1 iyun-Uşaqların Beynəlxalq müdafiəsi günü ilə bağlı məktəbli əmanətlərimizlə birgə Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğuna ekskursiya təşkil etdik. Qoruğun bələdçisi tərəfindən öncə qoruğun muzeyi ilə tanış olduq, daha sonra Qobustan qayalarını gəzib qədim yaşayış məskənləri haqqında məlumatlandındıq.

Daha sonra birlikdə Torağay palçıq vulkanını ziyarət etdik. Birliyimizin idarə heyətinin üzvü AMEA, coğ.ü.f.d., böyük elmi işçi Sevinc Məmiyeva uşaqlara palçıq vulkanizmi haqqında ətraflı və maraqlı bilgilər çatdırdı.

Qobustan Milli Tarixi-Bədii Dövlət Qoruğu rəhbərliyinə təmənnasız ekskursiya təşkili üçün dərin təşəkkürümüzü bildiririk!