02.07.2022-ci il tarixində birliyimizin üzvləri ilə birlikdə qurultay keçirilmişdir.
Qurultayda idarə heyətinin üzvləri yenidən müəyyənləşdirilmiş və təftiş heyəti yaradılmışdır.
“Cığır” İB təsisçisi Yeganə Mirzəyeva birliyin işlərinin gedişatı, fəaliyyət ilə bağlı ümumi nitq söyləmiş sonra hər qolun fəaliyyətini təqdim etməsi üçün qurultayı açıq elan etmişdir.
“Cığır” İB-nin həmtəsisçisi Rüstəmova Gülnar baş tutan tədbirlər, layihələr və qarşıda duran vəzifələr barəsində ətraflı bəhs etmişdir.
“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsinin yeni rəhbəri, əmanətimiz Aydan Məcidova 6 aylıq oxu fəaliyyətinin hesabatını təqdim edərək, təhlillər aparmış və hansı nailiyyətlərə imza atılmasından söz açmışdır.
Birliyimizin icraçı direktoru Nüşabə Hüseynova himayə sistemində baş tutacaq yenilikləri qeyd edərək, bir çox təklif irəli sürmüş, strateji planımızda olan bəzi müddəaların icrasını yaxın zamanlarda baş tutmasının zəruriliyini vurğulamışdır.
Birliyimizin nəzdində fəaliyyət göstərən “İnşirah” psixoloji Mərkəz haqqında psixoloq Nazlı Əkbərli məlumat vermiş, yarım il ərzində uğurlar və çatışmazlıqlar təhlil edilmişdir.
Sosial sahibkarlıq layihələrinin meneceri olan Rəfiqə Nurullayeva hər sahibkarlıq qolunun rəhbərini təqdim edərək çıxış etmişdir.
Həmçinin də Rəfiqə Nurullayeva “Şəfqət” misafir evinin rəhbəri kimi il ərzində qarşılanan misafirlərin və onlarla bağlı göstərilən dəstək barəsində ətraflı hesabat vermişdir.
Ülkər Abdurrahman “Mülk” xeyriyyə alış-veriş mərkəzi haqqında ətraflı məlumat verərək, birliyimizin baş sponsoru olduğunu həmçinin də bir çox layihəni maliyyələşdirdiyini qeyd etmişdir. “Maidə Tekstil” tənha qadınlara dəstək məqsədi üçün yaradılan sosial sahibkarlıq layihəsinin rəhbəri Səbinə Məmiyeva çıxışında işlə təmin olunan anaların bir çox inkişafyönümlü layihələrdə iştirak etdiyini, artıq müəyyən izləyici kütləsinə çataraq yaxın illər ərzində “Maidə Tekstil”-in daha da təşəkkül tapacağını bildirmişdir.
Səbinə Məmiyeva “İsti yuva” layihəsi çərçivəsində hesabat təqdim etmiş və planda neçə ailənin mənzil təmirinə ehtiyacı olduğunu qeyd etmişdir. Həmçinin də əlavə olaraq bu layihənin təqdimatı yönündə işlər aparılmasının zəruriliyini vurğulamışdır.
“Düşbərə” sosial sahibkarlıq layihəsinin rəhbəri Rəhilə Hüseynli hər bölgənin düşbərə bükümü ilə bağlı heyətinin iş prinsiplərini nəzərə çatdırmış aktiv bölgələrin aylıq maliyyə dəstəyi barəsində məlumat vermişdir.
Əmanət və eyni zamanda tələbə qızlar üçün fəaliyyət göstərən “Fidan yurdu”nun idarəçisi İsmayılova Nurlana il ərzində aparılan işlərdən, yeni islahatların vacibliyindən söz açmışdır.
Nəzərinizə çatdırmaq istərdik ki, qurultay mərasimi digər günlər də keçiriləcək və hər layihə rəhbəri öz komandasının fəaliyyətini digər üzvlərə çatdıracaqdır.
Qurultayın bağlanış nitqini Yeganə Mirzəyeva söyləmiş və qeyd etmişdir ki, keçirilən qurultayda qeyd edilən layihələr üzərində ciddi işlər aparılacaq bununla yanaşı ölkəmizə, millətimizə, cəmiyyətimizə daha çox faydalı olmaq naminə bir çox yeni layihələrə imza atılacaqdır.