“Cığır” MDİD İB Qubada keçirilən KOBFest sərgisində iştirak etdi

“Cığır” MDİD İB Qubada keçirilən KOBFest sərgisində iştirak etdi

Doğma diyarımızda növbəti böyük KOBFest sərgi-satış yarmarkası ölkəmizin səfalı guşələrindən biri olan Quba şəhərində təşkil olunub. KOBIA-nın təşkilatçılığı ilə keçirilmiş yarmarkada bir çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl İşləri təqdim edilib.

KOBFest sərgi-satış yarmarkasında “Cığır” İB-nin könüllüləri, əməkdaşları tərəfindən müxtəlif layihələr çərçivəsində hazırlanan məhsullar, əl işləri nümayiş etdirildi.

Bununla yanaşı təşkil edilən sərgidə Quba rayon İcra Hakimiyyəti nümayəndələri də iştirak etdi.

Yarmarkada “Cığır” İB-nin Azərbaycanda ilk xeyriyyə alış-veriş mərkəzi olan “Mülk”-ün məhsulları, “Maidə tekstil” xanımların incə zövqlə tikdiyi məhsulları “Amber soap” görünüşü ilə diqqəti cəlb edən təbii sabunları, vitraj nümunələri alıcılara təqdim edildi.