Qurban bayramı

Qurban bayramı

Qurbanı birlikdə yaşayaq!

Ramazanın intəhasız gözəlliklərindən sonra Qurban bayramını qarşılamağa hazırlanırıq.

Əziz Müsəlmanlar!

Qurban xeyir qapısının astanasında dayanaraq bizi salamlayır. Gəlişinə hazırlıq üçün bizi səsləyir. Həzrət İbrahim məktəbi bir daha ümid, cəhd, yaxşılıq, gözəllik və xeyir dərsindən nəsibimizi almağa tələsdirir.

“Cığır” İB kəsdiyiniz qurbanları ata himayəsindən məhrum ailələrə könüllülərimiz tərəfindən çatdıraraq ən gözəl dualarda yer almanıza vasitəçi olacaq. Bura daxildir:

  •  Qurbanlarınızın kəsdirilməsi və paylanması;
  • Kəsilmiş qurbanların könüllülərimiz tərəfindən əmanət ailələrə çatdırılması;

Qurban əti üçün sədəqə və ianələr toplanması şəffaflıqla bizlər tərəfindən həyata keçiriləcək.

Eyni zamanda hədislərdə “miniyimiz” olaraq adı keçən Qurban uşaqlara fərqli sevinc yaşatma şansı da verəcək

Tələsək, əziz xeyirsevərlər, qurban üçün tələsək!

“Onların nə ətləri, nə qanları Allaha çatar. Allaha çatan yalnız təqvanızdır”. (Həcc 37)