Bu gün Azərbaycan Radiosu 105FM-də canlı yayımlanan “Qadın səsi” sosial, ictimai, maarifləndirici verilişində Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqədə qalib gəlmiş “Cığır” MDİD İB-nin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin təşviqi” layihəsi barədə Birliyin təsisçisi, İslamşünaslıq elmi tədqiqat mərkəzinin aparıcı elmi işçisi, fil.ü.f.dok. Yeganə Mirzəyeva çıxış edib.
Verilişdə eyni zamanda “İslamda oxu mədəniyyətinin mahiyyəti, təfəkkür dünyası və yaradıcı oxu fəlsəfəsi” haqqında müzakirələr edilmişdir.
Azərbaycan Radiosu 105FM-ə layihənin ictimaiyyətə işıqlandırılmasına yaratdığı şərait üçün dərin təşəkkür edirik!
Ümid edirik ki, cəmiyyətimizin parlaq gələcəyi naminə əldə etdiyimiz nailiyyətlər və həyata keçirilən layihələr daim belə işıqlandırılacaq.