“Cığır” MDİD İB 38 məktəbli əmanətə forma və məktəb ləvazimatları hədiyyə etdi.

“Cığır” MDİD İB 38 məktəbli əmanətə forma və məktəb ləvazimatları hədiyyə etdi.

“Cığır” MDİD İB olaraq hər il yeni tədris ili münasibətilə himayəmizdə olan əmanət uşaqların “Məktəb ləvazimatları alınması” layihəsini həyata keçiririk.

Bu dərs ili də məktəbli əmanətlərimizə məktəbli çantası, forma və ləvazimatlar hədiyyə olundu.

Bakı qeydiyyatlı 18 birinci sinif əmanətimizlə görüşülərək hədiyyələri sahiblərinə çatdırıldı.
Bölgələrdə- Göyçay, Şirvan, Quba, İsmayıllı, Balakən, Ağdaş, Astara, Yardımlıda yaşayan 8 əmanət balamıza poçta göndərilmə edildi.

Bu dəfə birincilərin məktəb ləvazimatları ilə təmin olunmasında bu il tələbə adını qazanan əmanətlərimiz də yaxından iştirak etdilər.

Bu ilin birincilərindən əlavə, müxtəlif sinif şagirdləri olan 12 məktəblimiz də hədiyyə sevinci yaşadı.

Məktəb ləvazimatlarının alınmasında dəstəyinə görə Rebus mağazasına dərin minnətdarlığımızı ifadə edirik.

Əziz həmvətənlilərimiz! Bu layihəni sizin ianə və sədəqə dəstəyiniz ilə həyata keçirdik. Bütün xeyirsevərlərə təşəkkürümüzü bildirir və gül balaların uğurları ilə sevinmələrini arzu edirik!