İctimai birliyimizin ofisində Xəqani Səfərov qonaq olub. Görüşdə Birliyin təsisçisi Yeganə Mirzəyeva və idarə heyəti üzvləri iştirak ediblər. Xəqani Səfərov mərkəzimiz və həyata keçirdiyimiz layihələrlə tanış olub, insan resursları sahəsində dəyərli məsləhətlər verib. İşçilərlə davranış və münasibətlər mövzusunda maraqlı müzakirələr aparılıb.
Xəqani Səfərova dəyərli məsləhətləri və iştirakı üçün dərin təşəkkürümüzü bildiririk.