Poliqlot təhsil mərkəzi korporativ sosial məsuliyyət olaraq “Cığır” İB-nin sosial işlərdə aktiv, öz zamanını faydalı işlərlə dəyərləndirən könüllü tələbə və gənclərinə ödənişsiz dil kurslarında təhsil almaq imkanı yaradıb. Könüllü tələbələrimiz alman, fransız, ispan, rus dillərində keçirilən dərslərdə iştirak edirlər. Poliqlot təhsil mərkəzinin rəhbərliyi başda olmaqla bütün komandasına verdikləri sosial töhfə üçün təşəkkür edirik.
