“Hekayəmə şahid ol” layihəsinin daha bir görüşü baş tutdu.

“Hekayəmə şahid ol” layihəsinin daha bir görüşü baş tutdu.

“Cığır” MDİD İB artıq uzun müddətdir ki, “Hekayəmə şahid ol” layihəsiylə şəhid xanımlarını ictimaiyyətlə görüşdürərək onların unudulmaz, şücaətli həyat hekayələrini qəlblərə toxundurur.

Bu dəfə də qonağımız şəhid Tofiq Kərimovun xanımı Süsən xanım oldu. Eyni zamanda şəhid xanımlarımız Gülnarə BaxşəliyevaGülnar Məmmədova da sevə-sevə tələbələrin, “Cığır” idarə heyəti üzvlərinin görüşünə gəlmişdilər.

Söhbət zamanı Süsən xanım yoldaşı ilə bağlı xatirələrdən, onun qəhrəmanlıq salnaməsindən danışdı. Həmçinin İslam aləmində ən böyük ibadətlərdən sayılan Həcc ziyarəti, onun həyatında sahib olduğu yerindən, yaşadığı hadisələr üzərindən kəramətindən bəhs etdi, duyğu dolu anlar yaşandı.

Sonda birliyin təsisçisi Yeganə Mirzəyeva qonaqlara özünün yeni nəşrdən çıxmış imzalı “İz” kitabını və şəhid xanımına milli ornamentli təbii ipək kəlağayı hədiyyə etdi, kollektivlə xatirə şəkilləri çəkildi.