“Cıgır” 5-ci Respublika sərgisində iştirak etdi.

“Cıgır” 5-ci Respublika sərgisində iştirak etdi.

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi açılıb.
“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi də sərginin açılışında iştirak edib.
Sərgidə gənc təşkilatların özlərini təqdim etmələri, nailiyyət və imkanlarını göstərmələri, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmələri üçün əlverişli şərait yaradılıb.
“Cığır” İB də bu aspektdən yanaşaraq, qeydiyyatında olan əmanətlərlə mütəmadi olaraq müxtəlif mövzularda təlimlər və maarifləndirici tədbirlər keçirir.Bu onların özünüdərk və təsdiqi nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edir.

Leave a Reply