9 noyabr “Bayraq günü” və “Dünya yetim günü” ərəfəsində təşkil olunmuş “Yetim deyib keçməyin” adlı xeyriyyə satışımız bu dəfə tam fərqli bir şəkildə baş tutdu. Yetim – əmanətlər hər bir işi görə bilmək bacarıqlarını sübut etməyə çalışırdılar.”Cığır”ın “yetimi ədalətlə ayağa qaldırmaq” devizi özünü təsdiq etdi. Çünki yetim,
insanlığa özünün zəif,möhtac olduğunu deyil,ayaqlarının üstündə möhkəm dayana biləcəyini nümayiş etdirdi. Bunun üçün isə ancaq sevgiyə ehtiyacı olduğunun mesajını verdi. “Sevgi toru”nu toxuyan və dünyanı o tora səsləyən əmanət sabahın dalğalanacaq ən əzmli, qüdrətli və mənalı bayrağına çevriləcək.”Cığır” bu gözəlliklərə tələsən,şahid olan və artıq özü də sevgi paylamağı bacaran hər kəsə təşəkkür edir.
Çok güzel yemekler vardı ellerinize sağlık bir dahaki kermesi dört gözle bekliyorum
Təşəkkür edirik.Dəvətə icabət edən sizlərlə gözəlləşir hər tədbirimiz.