Arxa cəbhənin sevgi və dualarından 4-cü sovqat

Arxa cəbhənin sevgi və dualarından 4-cü sovqat

Doğma yurdumuz, 30 illik könül həsrətimiz olan Qarabağımızda şanlı ordumuzun ayaq səsləri gəlməyə başladığı gündən bəri Azərbaycan xalqı nəfəs-nəfəsə, qəlb-qəlbədir. Hər bir Azərbaycanlının  köksündə ürəklərimiz Qarabağa doğru atır, balacadan böyüyə hər kəs Qarabağa can atır.
“Cığır” MDİD İB könüllüləri; gənci, qocası, evdarı, ziyalısı- hər kəs hər saniyəsini bu qürurverici anın  şahidliyi və həyəcanı ilə bu böyük zəfərin yazıldığı tarixə öz balaca qatqısını etmək üçün ətrafına səslənir.
“Haqq gəldi, batil yox oldu!” nidalarını ucaldan, əzəli haqq torpaqlarından batil düşüncələri silahları və qanları ilə təmizləyən əsgərlərimizə 4-cü ziyarətimiz baş tutdu. TAYQA TTM və vətənsevər insanların ianəsi toplanaraq əsgərlərimiz üçün zəruri ləvazimatlar alındı və könüllülərimiz müzəffər ordumuzun ayaqlarına qucaq açmış azad Füzulimizə yollandı.
“Cığır” heyəti olaraq növbəti dəfə  xeyriyyəçilərin fədakarlığına heyran olduq! Vətən sevgisi həqiqətən mənəvi dəyərdir. Bir çağırışa ağlasığmaz cavabların gəlməsi 4-cü dəfə döyüş bölgəsinə yardım aparmağımıza səbəb oldu.
 30 ildən çox 1 milyondan artıq insanın yaşadığı, doğulduğu torpaqdan ayrı düşməsi insanın ağılalmaz sıxıntısıdır. Bu müharibə millətimizə özgüvən qazandırdı… Dünyada sınmış qanadlarımız pərvazlandı!
Qurban olan Tərtərimizin daşını daş üstünə qoymaq, kaş ki, nəsibimiz olardı! Qorxmadan, əzilmədən başını dik tutan bölgələrimizdə memarlıq, inşaat nə böyük dəyərdir! Gəncəmiz- dəyərlər dəyəri… Adı çəkiləndə tarix yaddaşımızın qürurlandığı məqam!
Heç bir əhali yaşayan yerə güllə atmadan bir körpənin ölümünə səbəb olmayan ordun var, Azərbaycan! Hansı millətdən olur olsun insana, körpəyə dəyər verən, mənəvi dəyərlərə sahib millətimiz sənə salam olsun! Salam olsun vüqarını itirməyən Gəncəyə! Salam olsun düşmənin nifrət və kinini tökdüyü Tərtərimizə və hər daşına! Salam olsun Qarabağa, Salam olsun Zəngəzura, Salam olsun Göyçəmizə..
Salam olsun şərqimizə, qərbimizə, şimalımıza, cənubumuza! Salam olsun yoncamıza, çayımıza. Salam olsun hər dağımıza, vüqarına , əzəmətinə!
Salam olsun dostlara, salam olsun qardaşlara, Salam olsun qardaşlığa!
 Salam olsun rəşadətinə, cəsarətinə,  qəlbinin gücünə, könlünün işinə heyran olduğumuz Azərbaycan əsgəri! “Mən Azərbaycan əsgəriyəm” deyən hər insanımıza salam olsun!
Əsgərimizə sual verəndə nəyə ehtiyacınız var, nə edək? yalnız bir cavab eşitdik- Dua, yalnız dua! Duaya inanan, Yaradıcının haqq davasına qəlb qoyub, şəhadət badəsini dadan hər insanımıza salam olsun!
Torpaq şəhid qanı ilə dirilir. Ey bu millətin gəlmiş, keçmiş cəngavərləri başınızı dik tutun! Qanınız və geniniz yerdə qalmadı…
Qəlbləri qorxu bilməyən gənclərin qanı ilə sulandı bu torpaq! Şəhid qanını dadan torpaq rəşadətli oğullar doğacaq! Ey vətən, başını dik tut.
Ey Şuşa torpağı, nəfəsimizlə Allah deyib, səcdə edəcəyimiz  gün gəlir! Ey Torpaq, mübarək olsun sənə! Ey Şuşa torpağı, nəfəsimizlə “Allah” deyib, səcdə edəcəyimiz  gün gəlir! Üzərində şükür səcdəsi etmək üçün oğulların, qızların gəlir!
Salam olsun ali baş komandana! Bir dövlət başçısı bu qədər xoşbəxt ola bilərmiş?! Xalqına xidmət edən dövlət başçımızın sevincinə bizi daim şahid tut, ey uca Yaradan!
Mərhəməti geniş olan millətimizə, rəhbərlərimizə salam olsun!