“Kitab ətri-3” layihəsinin qalibləri mükafatlandırıldı.

“Kitab ətri-3” layihəsinin qalibləri mükafatlandırıldı.

“Cığır” MDİD İB-in təhsil və elm yönümlü ən böyük layihələrindən biri olan “Kitab ətri” layihəsinin bu il 3-cü turu uğurla başa çatdı.

Pandemik şəraitlə əlaqəli olaraq Zoom tətbiqi vasitəsi ilə 6 ay davam etdi və qaliblər seçilərək mükafatlandırıldı.
Könüllü tələbələrin münsiflər heyyətini təşkil etdiyi layihədə 1 ay boyunca hər əmanətlə özəl onlayn görüş keçirilib, oxuduqları kitablar haqqında müzakirələr aparılıb və müxtəlif kriteriyalar üzərindən dəyərləndirilərək qaliblər müəyyən olunub və mükafatlandırılıb.
Müxtəlif yaş qrupları nəzərə alınaraq layihədə iştirak edən 100 əmanətimizdən 1-ci yer üzrə 6, 2-ci yer üzrə 5, 3-cü yer üzrə 4 əmanətimiz seçildi.
Qalib olan əmanətlərimizə LC Waikiki mağazasından 1-ci yerə 180 AZN, 2-ci yerə 130 AZN, 3-cü yerə 80 AZN dəyərində seçdikləri geyimlər hədiyyə olundu.