“Nizami – maarif cığırı” layihəsi çərçivəsində növbəti gecə sosial sahibkarlıq kafemiz “Kitab bağı”nda baş tutdu.
Cəlaldan doğulan cəlal düşünməli deyilmi? müraciəti ilə filologiya üzrə fəlsəfə foktoru Yeganə Mirzə dinləyiciləri “Sirlər Xəzinəsi”nin işığına topladı, əsərin minacat – Allaha müraciət hissəsini – “Varlığında görünmür nə surət, nə də tərkib” şərh etdi.
Əql hərfi tərcümədə ip deməkdir, o ipi – yəni ağlı eşqə bağlamaq gərək, sən onu nəyə bağlasan, ona da cəzb olacaq.
Ağlın sərhəddi var, eşqin və xəyalın sərhəddi yoxdur.
Ağılla sadəcə hərəkət edə bilirik. Lakin “ip” – ağıl onu tutanı idrak edə bilmir!
Qəlbləri yoxdurmu düşünsünlər…
Fikirlər hər birimizin həyatında yeni, işıqlı cığırlar açdı.






