“Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində ekskursiyamız həyata keçirildi.

“Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində ekskursiyamız həyata keçirildi.

Mədəniyyət Nazirliyinin qrant dəstəyi ilə həyata keçirilən “Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində növbəti məkana, Qobustan Milli Tarix-Bədii Qoruğuna və Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiyamız həyata keçirildi.
Ekskursiya zamanı iştirakçılar ilk öncə Qobustan qoruğunun muzeyi ilə yaxından tanış olmuş, kinozalda “Qavaldaş” cizgi filmini izləmişdilər. Daha sonra iştirakçılarla birgə qoruğun açıq səma altında yerləşən, qayaüstü rəsmlər və tarixi abidələrin olduğu ərazisinə ziyarət olundu. Burada qoruq tərəfindən uşaqlar üçün ustad dərsi təşkil edildi, daha sonra uşaqlar nahar süfrəsinə qonaq olundu.
Qoruqla tanışlıqdan sonra iştirakçılarla birlikdə Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiya həyata keçirildi. Burada iştirakçılar “Qılınc” palçıq vulkanları, təbiət tarixi sərgisi, qiymətli daş və süxurlar ilə yaxından tanış oldular.
Xoş qarşılanma üçün Qobustan Milli Tarix-Bədii Qoruğunun rəhbərliyinə xüsusi təşəkkür edirik.