Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyimiz “Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində Birliyimizin qeydiyyatında olan ata himayəsindən məhrum olmuş uşaqlarla Bakının qədim tarixini yaşadan Mərdəkan kəndinə ekskursiya təşkil edilib. Səfər zamanı iştirakçılarımız və könüllülərimiz mədəni irsimizin ayrılmaz parçası olan Böyük və Kiçik Mərdəkan qalaları, eləcə də Şeyx Kazım hamamı ilə yaxından tanış olublar. Xüsusilə qeyd etmək istəyirik ki, abidələrin tarixi əhəmiyyəti və keçmişdəki istifadəsi barədə verilən ətraflı məlumatlar iştirakçıların böyük marağına səbəb olub.






