“Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində nəzərdə tutulan ikinci təlim uğurla reallaşdırılıb.

“Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində nəzərdə tutulan ikinci təlim uğurla reallaşdırılıb.

Birliyimizin “Milli-mənəvi dəyərlər və mədəni irsin təbliği” layihəsi çərçivəsində A və B qrupu iştirakçıları üçün nəzərdə tutulan ikinci təlim uğurla reallaşdırılıb. Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi, doktorant Elbəy Əliyev “Mədəni irsin fərdin və cəmiyyətin dərkində rolu” mövzusunda iştirakçılara təlim keçib. O iştirakçılara mədəni irsin həm fərdi inkişafda, həm də cəmiyyətin mənəvi sütunlarının möhkəmlənməsindəki rolundan bəhs etdi.
İnteraktiv təlim keçirdiyi üçün təlimçimizə təşəkkür edirik.