Birlik olaraq hər il böyük sevgiylə həyata keçirdiyimiz ənənəvi ağacəkmə aksiyamıza bu il Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta ümumtəhsil məktəbin həyətindən başladıq.
Peyğəmbərimizin (s.a.v.) “Qiyamətin qopacağını bilsəniz belə, əlinizdəki fidanı torpağa əkin” nəsihətini rəhbər tutaraq, gələcək nəsillərə daha yaşıl bir dünya qoymaq üçün addımlayırıq. Bu xeyirxah təşəbbüsə dəstək göstərən dəyərli xeyriyyəçimizə və aksiyanın keçirilməsinə şərait yaratdıqları üçün məktəb rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
















